çərşənbə axşamı günü, 10 noyabr 2026
     

92 min manat yeyintidə ittiham olunan tarixçi alim “Bakı-Xəbər”ə bunları dedi...

Image


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları, tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva vəzifəsindən sui-istifadə edərək Qarabağın işğaldan azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min manatını mənimsəməkdə təqsirləndirilir.

Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Bildirilir ki, cinayət işi üzrə istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun sədrliyi ilə araşdırılacaq.

Trend-in məlumatına görə, azad olunmuş ərazilərdə tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən alim məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşı, tədqiqatçı-tarixçi Səbuhi Hüseynovun bu institutla bağlı Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya yazdığı açıq məktubu ötən ilin dekabrında “Bakı-Xəbər”də dərc edilib, sözügedən mətndə institutun da rəsmi mövqeyinə tərəfimizdən yer verilib. 

  • “Haqqımızda verilən ittihamla qətiyyən razı deyilik, biz ədalətin bərqərar olacağına inanırıq”

Tarixçi alim, İrəvanın qədim Təpəbaşı məhəlləsinin məşhur tədqiqatçısı Səbuhi Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, barəsində səsləndirilən ittihamlar həqiqəti əks etdirmir və o, məhkəmənin ədalətinə çox inanır.

“İlk öncə mənim 2022-ci ilin dekabr ayında yazdığım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya ünvanladığım açıq məktubu qəzetinizdə nəşr etdiyinizə görə redaksiyanıza təşəkkür edirəm.

Bizi, 2019-2021-ci illərdə iştirak və rəhbərlik etdiyim arxeoloji ekspedisiyaların maliyyəsini mənimsəməkdə ittiham edirlər. Çalışdığım müddət ərzində 7 dəfə ekspedisiyada olmuşam. Təqdim edilən rəqəm bu ekspedisiyalara ayrılan bütün maliyyə vəsaitlərinin cəmidir, hər ay ödənilən vəsait bir yerə toplanaraq mənim tərəfimdən “mənimsənildiyi” iddia edilir. Əslində, bu hər ay ödənilən ekspedisiya puludur.  İttihama görə, guya həyat yoldaşım da bu işdə mənə kömək edib. Əslində, elmi ekspedisiyalar haqqında qərara əsasən, kadrlar şöbəsinin müdiri heç bir əməliyyatda iştirak etmir, onun imzası keçərli deyil və bu işləri yalnız direktor və baş mühasib edir.

Mən bütün ekspedisiyalarda öz tədqiqatımı apararaq Qarabağ tarixinin müxtəlif dövrləri ilə bağlı araşdırmalar aparmışam, tərəfimdən Qarabağın arxeoloji abidələrinin xəritəsi tərtib edilib. Bu xəritə müxtəlif dövlət orqanlarında istifadə edilib. Bu araşdırmalar nəticəsində Şuşa kataloqundan da istifadə edilib. İstənilən tədqiqat dövlətimiz, millətimiz və vətənimiz üçün hazırlanıb. Bu gün də istifadə edilməkdədir. Bəzən məni “tədqiqat aparmamaqda” ittiham edirlər. Əgər mən bu tədqiqatları aparmamışamsa, onda belə çixir bu araşdırmalar yalandır?

Bu gün Qarabağın arxeoloji abidələri elə bir vəziyyətdədir ki, onların müəyyən edilməsi yalnız müasir metodoloji araşdırma tətbiqi tələb edir. Təsəvvür edin ki, mən tədqiqata başlayana qədər bəzən Qarabağda bir abidənin üç adı var idi, lakin araşdırmadan sonra bəlli oldu ki, üç adın heç birinin bu abidəyə aidiyyəti yoxdur. Bu tədqiqat nəticəsində Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əməkdaşlıq etmişəm. Nəticədə Şuşa kataloqu ərsəyə gəlib. Bütün abidələr üzərində dəqiq tədqiqatlar aparılıb və müəyyən edilib. Bütün bunlar tədqiqatların nəticəsidir. Bu işlər görülən zaman minlərlə foto və videolar tərəfimdən çəkilib. Bəzən təhlükəli ərazilərdə, bəzən minalı ərazilərdə işləməli olmuşam. Bunun üçün də xüsusi qoruma təşkil edilib. Hər bir abidəmiz üçün araşdırma aparılıb və arayışlar tərtib edilib. Haqqımızda verilən ittihamla qətiyyən razı deyilik, biz ədalətin bərqərar olacağına inanırıq. Əminik ki,  Azad Məcidovun sədrliyi ilə Bakı Ağır Cinayətlər məhkəməsində keçiriləcək prosesdə haqq-ədalət öz yerini tapacaq. Bizim təmiz adımız üçün bu proses çox önəmlidir. Sona qədər öz hüquqlarımızı müdafiə edəcəyik. Bu ittiham mənim ailəmə, tədqiqatlarıma və imzama atılmış ləkədir.

Sosial şəbəkələrdə yazılan bəzi fikirlər məni məyus edir. Dünənə qədər məni təqdir edənlər, Təpəbaşı ilə bağlı təqdiqatıma müsbət yanaşanlar,  təəssüf ki, indi az qala düşmən gözündə görməyə başlayıblar...”

S.Hüseyov qeyd edir ki, çox böyük çətinliklər hesabına İrəvanın Təpəbaşı məhəlləsi barədə tədqiqat aparıb və dəfələrlə ermənilərin təziqləri ilə də üzləşib.

S.Hüseynov qeyd etdi ki, sözügedən şikayətlə əlaqədar ölkədən çıxışına “stop” qoyulub və bu səbəbdən də Təpəbaşıya dair araşdırmasının əks olunduğu kitabının Parisdə keçirilən təqdimatına gedə bilməyib. O bu barədə Feysbukda yazdığı statusu da açıqlamasına əlavə etdi. S.Hüseynov  qeyd edir:  “2022-ci ilin avqust ayında Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi Fransadan mənimlə əlaqə saxladı və bildirdilər ki, Təpəbaşı məhəlləsinə həsr edilmiş araşdırmamın əks olunduğu kitabımının Parisdə təqdimatını keçirmək istəyirlər. Razılaşdım. Qərara gəldik ki, 22-25 sentyabrda kitabımın təqdimatını etməyim üçün Parisə gedim. Bu məqsədlə mənə səfirlikdən nota da göndərdilər ki, sənədləşmələri tez edim. Bundan başqa, Parisə gələcəyim üçün UNESCO-nun baş direktorunun müavini ilə də görüşümüz olmalı idi. Mən öz tədqiqatımı və Ermənistanda ermənilərin Təpəbaşı məhəlləsində dağıntıları dayandırmaları üçün UNESCO rəhbərliyinə faktları da təqdim edəcəkdim və bu dağıntıların dayandarılması üçün köməklik göstərməsini xahiş edəcəkdim. Erməni mətbuatında da bu təqdimatdan xəbər tutmuşdular. Buna görə müzakirələr aparır və sosial şəbəkələrdə ermənilər Fransada yaşayan ermənilərə bu tədbirin baş tutmasına yol verilməməsi üçün çağırışlar edirdilər. İzləyirdim onları. Mənim də haqqımda yazır, tədqiqatımın "propoqanda" olması və orda etiraz edəcəklərini bildirirdilər.

Nəysə, hörmətli oxucu, viza işləri üçün hazırlaşanda müəyyən etdim ki, haqqımızda "fakta görə cinayət işi" açıldığı üçün mənə ölkəni tərk etməməyim üçün stop qoyulub.

Çox çalışdım. Amma bu stopu götürmək mümkün olmadı. Bu necə ola bilər? Mənim kitabımın Fransada, Parisdə təqdimatı keçir. Müəllifsiz, axı necə təqdimat olsun? Tədqiqatçının da ən böyük uğuru onun araşdırmasının digər ölkələrdə təqdimatı idi. İstəyimiz bu deyildimi? Kitab Qərb cəmiyyətinə təqdim olunurdu. Fransalılara ermənilərin Azərbaycan xalqına qarşı mədəni soyqırım etmələrinin sübutlarını müəyyən etmiş müəllif kimi çıxışım da nəzərdə tutulurdu.

Bu planım AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutun hazırkı rəhbərliyi tərəfindən verilmiş şikayət nəticəsində puç oldu. Bəlli oldu ki, haqqımda şikayət olduğu üçün ölkəni tərk edə bilmərəm.

Bəs necə oldu? Orada kitabın təqdimatını edənlər də axı məni gözləyirdilər. Təcili olaraq, Fransada olan vətənpərvər bir azərbaycanlı ilə əlaqə saxladım. Bütün materialları ona ötürdüm ki, o təqdimatı etsin.
Təqdimat baş tutdu. Lakin ermənilər təqdimat keçirilən binaya hücum etmək istədilər. Siz bu kadrları televiziya kanallarından görürdünüz.

Sözsüz ki, mən gedə bilmədiyim üçün UNESCO rəhbərliyindən heç kim ilə də görüş baş tutmadı”.

Alim sonda bir daha əmin olduğunu bildirdi ki, Azad Məcidovun sədrliyi ilə Bakı Ağır Cinayətlər məhkəməsində keçiriləcək məhkəmə prosesində haqq-ədalət öz yerini tutacaq, onun və həyat yoldaşının təmiz adı xilas olacaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ