Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyədə zəlzələ nəticəsində 198 saat dağıntılar altında qalan qardaşları sağ çıxarıblar.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki dağıntılar altından sağ xilas olunublar.