Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri daha 5 nəfərin cəsədini çıxararaq təhvil veriblər.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Beləliklə, FHN xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ (onlardan 17 nəfəri uşaqdır), 618 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.