Sumqayıt şəhər, Birləşmiş məhəllə 11, mənzil 14-də yaşayan, azı 54 illik həkimlik sitajına malik (tel.0556694267) Əliyev Rafik Məhərrəm oğlu 2022-ci ilin iyul və sentyabr aylarında iki dəfə Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, habelə bu ilin yanvarında Milli Məclisin Sosial Müdafiə komitəsinin sədri Musa Quliyevə (Uruda) məktubla müraciət edib.
54 ilin həkimi onun əmək pensiyasının düzgün hesablanmadığını, bu yaşda haqqının pozulduğunu, illərdir bu haqsızlığın içində yaşadığını yazır və gec də olsa pensiya məbləğinin düz hesablanmasını tələb edir.
Rafik Əliyev iddia edir ki, 62-68-ci illərdə Tibb Universitetində təhsil aldığı müddət hansı səbəbdənsə staj illərinə daxil edilməyib, özəl tibb müəssisələrində işlədiyi illər staja daxil edilməyib, sığorta fondunda toplanmış məbləğ düz hesablanmayıb, zərərli əmək şəraitində işlədiyi və 15 faiz əlavə əmək haqqı aldığı dövrlərin güzəştləri pensiya məbləği hesablanarkən nəzərə alınmayıb.
Rafik həkim həm nazirdən, həm də deputat komitə sədrindən ən qısa müddətdə onun şikayətinə həssas diqqət verilməsini və lazımi tədbirlərin görülməsini xahiş edir.
Yazıda adı çəkilən nazir və deputatın ofislərindən məsələ ilə maraqlanmaq fikri olsa, Rafik həkimin göstərdiyimiz mobil nömrəsi ilə əlaqə saxlaya və daha təfsilatlı məlumat ala bilərlər...
Zümrüd