Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 10 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınmış növbəti humanitar yardım karvanı bu gün Türkiyənin Kahramanmaraş rayonuna çatıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, çadır və qızdırıcılardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.