Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri güclü zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirir.
FHN-dən verilən məlumata görə, əməliyyatlar çərçivəsində dünən Kahramanmaraşda FHN-in xilasediciləri mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən sonra dağıntılar altında 86 saat qalmış 17 yaşlı yeniyetmə oğlan və 89 saat sonra isə 12 yaşlı qız uşağı sağ xilas ediblər.
Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.