Bu təbdir dağlar diyarının Züvüç kənd tam orta məktəbində baş tutdu. Narkomaniya və onun fəsadları, eləcə də erkən nikahlara qarşı aparılın mübarizədən bəhs olunan tədbirin təşkilatçıları Lerik rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Polis şöbəsi və Lənkəran - Astara Regional Təhsil İdarəsi Lerik rayonu üzrə Təhsil Sektoru idi. Tədbirdə adını çəkdiyim təhsil ocağının müəllim və şagirdləri, valideynlər iştirak edirdilər.
Lerik rayon Polis şöbəsinin rəis müavini, polis mayoru Ülfət Novruzov, Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov çıxışlarında bütün tərəqqipərvər insanları düşündürən, dövrün dəhşətli bəlası olan, dünyada “ağ ölüm” kimi tarixə düşən narkomaniyanın törətdiyi fəsadlardan, ona qarşı mübarizə tədbirlərdən danışdılar, ən əsası isə effektli mübarizə metodu olaraq maarifləndirməyin daha çox vacibliyini vurğuladılar. Həmçinin, məktəbli və valideynlərlə erkən nikahların yol açdığı ağır hallardan da söhbət aparıldı.
Həm də polis mayoru Ülfət Novruzov tədbir iştirakçıları maraqlandıran suallara ətraflı cavab verildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü