Azərbaycandan 20 yük maşını Türkiyənin zəlzələ bölgəsinə yola salınıb. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tvitter hesabında bildirib.
Qeyd edib ki, "Qardaş köməyi" platforması altında toplanan yardımlardan ibarət 10 yük maşını səhər, 10 yük maşını da indi Türkiyənin zəlzələ bölgəsinə yola salınıb.