Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da Türkiyəyə göndərilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, 10 nəfərdən ibarət hərbi həkim, 8 tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da qardaş ölkəyə gedib.
Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və təxliyyəsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqlarında Operativ Qərargahlar çalışır.