Bazar ertəsi günü, 14 sentyabr 2026
     

Təhsilimizdə yeni STEAM yanaşmasının hansı üstünlükləri var...

Image


Xəbər verildiyi kimi, bu günlərdə Bakıda "STEAM İnnovasiya Mərkəzi"nin açılışı olub. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qeyd edək ki, STEAM təhsildə yeni yanaşmadır. Burada təbii-elmi və texniki biliklər üzrə bütün sahələr birləşir, təlim alanlar isə bu bilikləri dərslikdən deyil, yaradıcı tapşırıqları həll etməklə əldə edir.

Elə bu məqsədlə də Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə "STEAM Azərbaycan" layihəsinə start verib. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir.

Qeyd etdiyimiz kimi, STEAM təhsildə yeni yanaşmadır. STEAM-in üstünlükləri, fərqliliyi, özəllikləri barədə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucova müraciət etdik.

  • “STEAM platforması gələcəkdə həm də rəqəmsal əmək bazarı üçün müasir kadr hazırlığına imkan yaradacaq”

O “Bakı-Xəbər”ə açıqlamaslnda qeyd etdi ki, STEAM mühüm təhsil və elm hadisəsi olmaqla yanaşı, müasir innovasiyalara, dünyada elm və təhsil tutumlu ölkələrdə tətbiq olunan təhsil yeniliklərinə ölkəmizin nə qədər açıq olmasının göstəricisidir. İstifadəyə verilən "STEAM İnnovasiya Mərkəzi" kifayət qədər böyük hədəfləri və geniş istifadəçini qarşılamaq imkanında olacaq: “Mərkəzdə həm məktəbyaşlı uşaqlar, həm də tələbələrin istifadəsi üçün kifayət qədər geniş imkanlar var. Mərkəz müasir dünyanın yeni yaradıcı peşə və ixtisaslarına yiyələnməyə, təkmilləşdirməyə, gələcək ixtisaslarını müəyyənləşdirməyə imkan yaratmaqla bərabər, həm də beynəlxalq reallıqları nəzərə alınmaqla yüksəkixtisaslı kadr hazırlığı istiqamətində mütəxəssis yetişməsinə hədəflənmiş çox vacib təhsil və tədris mərkəzidir. Məlumdur ki, bir neçə ildir Heydər Əliyev Mərkəzinin və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə STEAM layihəsi reallaşmağa başlayıb. Bu çərçivədə ayrı-ayrı məktəblərdə STEAM sinifləri istifadəyə verilib, regionlarda STEAM mərkəzləri uğurla fəaliyyət göstərir və bu istiqamətdə işlər genişlənməkdə davam edir. Bakıda məhz "STEAM İnnovasiya Mərkəzi"nin fəaliyyət göstərməsi elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində multidissiplinar müstəvidə və fənlərarası münasibətlər kontekstində yeni ideyalar platformasının formalaşmasına xidmət edəcək. Ümumiyyətlə, STEM hərəkatının vüsət alması Azərbaycanın beynəlxalq təhsil və elm məkanına inteqrasiyada nə qədər ardıcıl və məqsədli olmasını göstərir. STEAM fərqli elmi biliklərin sintezi və inteqrasiyası ideyalarının üzərində formalaşıb. Bildiyimiz kimi, fənlərarası münasibətlər və yeni biliklər yaradıcılığında yeni yanaşmalara ehtiyac yaranmışdır. Fənlərarası proqramlar ənənəvi fənlərin mühüm problemi həll etmək iqtidarında olmadığı və ya istəmədiyi ümumi inamdan qaynaqlanır. STEAM bu gün dünyada həddən artıq ixtisaslaşma və təcridin zərərli təsirlərinə qarşı vasitə kimi özünü göstərir. Nazir Emin Əmrullayev də açılışda qeyd etdi ki, STEAM sayəsində spesifik, real dünya problemləri üzərində qısa müddətdə birlikdə işləyən multidissiplinar komandalar formalaşacaq. Artıq təhsildə öyrətmə tamam fərqli bir yanaşmalar üzərində qurulub. Mərkəzin açılışını ölkəmiz adına, təhsilimiz adına çox vacib hadisə kimi xarakterizə edirəm".

İ.Orucov hesab edir ki, STEAM platforması gələcəkdə həm də rəqəmsal əmək bazarı üçün müasir kadr hazırlığına imkan yaradacaq. Bu, sürətlə dəyişən dünyada insan kapitalının formalaşmasına önəm verilməsindən irəli gəlir. Fənlərarası əlaqələrlə yanaşı, STEAM mərkəzlərinin inkişafı olduqca vacibdir. STEAM Azərbaycanda yeni insan modelinin yaradılmasına, əmək bazarı üçün yeni biliklərə və innovasiyalara söykənə biləcək komandaların formalaşmasına təsir göstərir. STEAM XXI əsr bacarıqlarını özündə əks etdirən yeni nəslin formalaşmasına hədəflənib və burada ən vacib məqamlardan biri kimi müxtəlif yaş kateqoriyalarından olan insanların vahid komandalarda birləşərək birgə iş qurmaq, yeni ideyalar üzərində işləmək və düşünmək bacarığını inkişaf etdirməkdir. İnkişaf etmiş ölkələrdə məhz bu istiqamətdə kifayət qədər yaxşı təcrübələr mövcuddur. Məhz bu baxımdan ölkəmizdə də yeni texnologiyaları mənimsəmək, tətbiq etmək, onlardan istifadə edərək yeni reallıqlar üzərində düşünmək istiqamətində insanları formalaşdırmaq lazımdır. Burada yeni metodlar vasitəsilə beyin məhsullarının ortaya qoyula bilməsi, yeni nəsli gələcəyin mütəxəssisləri olaraq insanları formalaşdırmaqdan söhbət gedir. İntellektual mühitin bir hissəsi olan STEAM mərkəzləri fənn münasibətlərinin öyrənilməsi, müxtəlif fənlərin birgə tətbiqi nəticəsində yeni elmi innovativ məhsulların ortaya gəlməsində insanların düşünməsinə şərait yaradır. Bu, həm də fənlərarası münasibətlər və yeni yanaşmalara yaranan ehtiyacdan qaynaqlanır.

İ.Orucovun fikrincə, mərkəz sayəsində həm şagirdlərin, həm də tələbələrin müasir dünyanın yeni innovasiyalara əsaslanan elmi-texnoloji məhsul olaraq STEAM məhsulları üzərində işləmək bacarıqlarını artırmaq mümkün olacaq: "Dünyada xeyli sayda peşə və ixtisas mövcuddur. Müasir peşə və ixtisasların təbliği baxımından da bu fənlərarası əlaqələrin dinamikasının yaranması zərurəti var. Yeni yaradılmış mərkəz şagirdlərin, bütövlükdə yetişməkdə olan nəslin onların potensialını və maraqlarını məhz cəmiyyət naminə işə yönəltməyə, onları həm də yeni üsullarla öyrənməyə, həvəsləndirməyə xidmət edəcək.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ