20/03/2023 22:48
728 x 90

Emin Əmrullayev: "Azərbaycan fəlsəfə doktoru dərəcəsi almış qadınların sayına görə ikinci yer tutub"

img

Azərbaycanda müəllimlər arasında qadınlar 90% təşkil edir. Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev STEM festivalına həsr olunmuş tədbir zamanı deyib.

"Bundan başqa, Azərbaycan bu yaxınlarda fəlsəfə doktoru dərəcəsi almış qadınların sayına görə ikinci yer tutub. Biz bu göstəricinin və qadınların liderlik etdiyi digər göstəricilərin gələcəkdə daha da artacağından əminik", - o əlavə edib.

Qeyd edək ki, STEM təhsildə yeni yanaşmadır. Burada təbii-elmi və texniki biliklər üzrə bütün sahələr birləşir, təlim alanlar isə bu bilikləri dərslikdən deyil, yaradıcı tapşırıqları həll etməklə əldə edir.

Peşə etikası

Son xəbərlər