05/02/2023 15:02
728 x 90

Rezidentlərə baza əməkhaqqı verilə bilər...

img

Bu gün xəstəxanalarda çalışan rezidentlərə verilən 350 manatlıq vəsait əslində əməkhaqqı yox, Prezidentin onlar üçün ayırdığı təqaüddür. Bu da onların təhsil prosesinə görə verilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin Sədr müavini Rəşad Mahmudov komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, halbuki həmin rezidentlərlə xəsətxanalarda işləməsi üçün onlarla əmək müvaqviləsi bağlanmalıdır.

“Əmək Məcəlləsininin tələbinə uyğun olaraq da onlara həftəlik 40 saat olmaqla ən azı baza əməkhaqqı verilməlidir. Bu gün bunlar edilmədiyindən həmin rezidentlər özlərinə üfüq açmaq üçün xaricdəki proqramlara baş vururlar” – deputat əlavə edib.

Peşə etikası

Son xəbərlər