07/02/2023 11:34
728 x 90

Gömrük Akademiyasında "ÜGT Virtual Reallıq Təlim Proqramı” keçirilib - FOTO

img

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük əməkdaşlarının VR texnologiyasını tətbiq etməklə konteynerlər üzərində fiziki yoxlamanın əsas prosedurlarını öyrənməsini dəstəkləmək məqsədilə təşkil olunan “ÜGT Virtual Reallıq Təlim Proqramı” yekunlaşıb.

Akademiyadan verilən məlumata görə, Gömrük Təşkilatı (ÜGT) Avropa Regionunda ÜGT-nin yeddi Regional Təlim Mərkəzindən (RTM) biri olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına təşkilatın Potensialın Gücləndirilməsi Direktoratlığı tərəfindən idarə olunan Virtual Reallıq Təlim (VRT) Proqramı layihəsi çərçivəsində Virtual Reallıq Təlimləri üçün avadanlıq bağışlayıb.

Azərbaycan, Ukrayna, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya və Rusiyada yerləşən ÜGT Avropa Regionu RTM-ləri arasında ilk dəfə olaraq Azəbaycanda Gömrük Akademiyasına VRT avadanlığı təklif edilib. Avadanlığın Akademiyada quraşdırılması və Akademiya heyəti üçün ondan istifadə üzrə təlimlərin təşkili avadanlığın Koreyada istehsalçı və təchizatçı şirkəti olan "HO Entertainment" Korporasiyasının baş texniki işçiləri tərəfindən həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin əsaslı dəstəyi ilə Akademiyada quraşdırılmış VRT texnologiyası ölkəyə idxal olunan mallar, ölkə ərazisindən tranzit vasitəsilə keçən yükdaşımalar, gömrük yoxlamalarına və nəzarətinə aid olan digər fəaliyyətlərin həyata keçirilməsinin virtual reallıq simulyasiyaları ilə gömrük əməkdaşlarına öyrədilməsi, onların bu istiqamətdə bilik, bacarıq və təcrübələrinin zənginləşdirilməsi, yeni təlimçilərin hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir. VRT texnologiyası xüsusilə, konteynerlər üzərində fiziki yoxlamanın bütün aspektləri üzrə təlimlərin daha effektiv və innovativ təşkilinə də şərait yaradacaq.

Qeyd edək ki, ÜGT Baş Qərargahında Koreyanın Gömrük Əməkdaşlıq Fondunun dəstəyi ilə ingilis və fransız dillərində VRT Proqramı yaradılıb. VRT Proqramı ilk dəfə 2021-ci ilin sentyabrında Akademiyanın beynəlxalq əməkdaşlıq sahəsində 2020-ci ildən etibarən önəmli tərəfdaşlarından biri olan Koreyanın ÜGT RTM-ində yaradılmışdır. Uğurlu sınaqlar nəticəsində ÜGT Potensialın Gücləndirilməsi Direktoratlığı vasitəsilə qlobal səviyyədə müxtəlif regionlarda və ölkələrdə fəaliyyət göstərən ÜGT RTM-lərini və ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Regional Ofislərini (ROCB) VRT avadanlıqları ilə təmin etmək barədə qərar qəbul etmişdir.

Peşə etikası

Son xəbərlər