07/02/2023 12:21
728 x 90

Vətən şəhidləri unudulmur - FOTO

img

Dağlar diyarı Lerik rayonunda Vətən müharibəsi şəhidi  Ağamid Şirzaid oğlu  Ağacəfərli doğum günündə anılıb.

Anım mərasimində Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov, Lerik Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları şəhidimizin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini öz ehtiramını bildiriblər .

Ağamid   Ağacəfərli 1995-ci ildə yanvar ayının 23-də Lerik şəhərində dünyaya  göz  açıb. 44 günlük Vətən müharibəsində iştirak etmək üçün 30 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək, kəşfiyyatçı kimi müharibəyə qatılıb.  Haqq savaşımızda  böyük şücaət göstərən Ağamid dövlətimizin ərazi bütövlüyü uğrunda Füzuli döyüşlərində canından keçərək 24 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Şəhidimizin nəşi doğulduğu Lerik şəhərinə gətirilərək orada torpağa tapşırılıb.

Dövlət başçısının  Sərəncamına  əsasən, Ağamid Ağacəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə",  "Vətən uğrunda" və "Cəsur döyüşçü" medallarına layiq görülüb.

 Bəli,  Vətənə özünü fəda edən qəhrəmanlar heç zaman unudulmur.  Lerikin igid oğlu Ağamid də cismən aramızda olmasa da, mənən qəlblərdə yaşayacaq.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Peşə etikası

Son xəbərlər