07/02/2023 12:07
728 x 90

Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyi irəli sürüləcək...

img

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 2023-cü il üzrə sədrliyi çərçivəsində Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyi irəli sürüləcək.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı bildirib.

Sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclası keçirilir. İclasda İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana təhvil verilib.

Peşə etikası

Son xəbərlər