07/02/2023 13:16
728 x 90

Lənkəranda dağılmış yolların sayı bilinmir... Elə nə vaxt yenidən çəkiləcəyi də...

img

İndi Lənkəran camaatını ən çox narahat edən dağılmış, yararsız hala düşən yollardır. Burada elə kənd var ki, 30 ilə yaxındır yolları təmir üzünü görmür. Dəlmə-deşik, palçığı dizə çıxan yollarda isə insanlar üçün gediş-gəliş dünyanın ən zülmlü işidir. Odur ki, Lənkəranın əksər kəndlərinə işləyən marşrut avtobusların xidməti heç cür günün tələblərinə cavab vermir.

Lənkəranın kəndləri bir yana, şəhərin mərkəzində elə küçələr var ki, payız-qış aylarında palçıq əlindən oraya girmək mümkün deyil. Zərifə Əliyeva küçəsini buna misal göstərmək olar. Aylardır asfaltı dağılmış, palçığı dizə çıxan bu mərkəzi yol insanların gediş-gəlişi üçün problem yaratsa da, vəziyyətdən məlumatı ola aidiyyəti qurumlar bundan qətiyyən narahat olmurlar. Beləcə küçənin təmiri yubadılır, palçıq, toz-torpaq evlərin içinə dolur.

Qurumba Lənkəranın böyük kəndidir. Əhalisi 1000 nəfəri keçibdir. Kəndin yolları çoxdan dağılıb, sonuncu dəfə 1990-cı illərdə təmir üzü görüb. Söhbət əsasındə qurumbalılar  bildirdilər ki, artıq vəziyyət bizi bezikdirib. Qışda palçıqdan, yayda toz-torpaqdan göz aça bilmirik. Sözün qısası, ilboyu yollar bizə əziyyət verir. Dəfələrlə şəhər rəhbərliyinə müraciət etsək də, dərdimizə çarə tapılmır. Beləcə ölkə rəhbərin etibar edib vəzifə tapşırdığı  məmurların yalan vədləri illərdi kənd sakinləri yolsuz qoyur.

Xanbulan təbiətin saflığına görə rayonun ən səfalı guşəsi sayılır. Amma yolları bərbaddır.  Velədi kənd sakinlərinin də yol sıradan bəxti gətirmir. Türkəkəran kəndinin yolları başdan-başa cala-çuxurdur. Türkəkəranlılar deyirlər ki, xeyli müddətdir yollarımız təmir edilmir.  Əvvəl heç olmasa qum-çınqıl töküb hamarlanardı. İndi isə qalmışıq palçıq içində. Bir də kəndarası küçələrə heç vaxt asfalt döşənməyib. Odur ki, yayda evlərin içində belə tozun əlindən oturmaq olmur...

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü 

Peşə etikası

Son xəbərlər