Səhiyyə naziri Azərbaycanda yaşlı əhalinin vaksinasiya olunmağa çağırıb. Trend-in məlumatına görə, jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, qrip əleyhinə vaksinlər səhiyyə müəssisələrinə paylanıb:
"Səhiyyə Nazirliyi vasitəsilə ölkəyə mövsümi qrip əleyhinə vaksin gətirilib, ilkin səhiyyə xidməti göstərən bütün müəssisələrə, TƏBİB tabeçiliyindəki Ailə Sağlamlıq mərkəzlərinə, şəhər və rayon poliklinikalarına paylanılıb, saxlanılma qaydalarına ciddi nəzarət olunur. Fürsətdən istifadə edərək bütün yaşlı əhalini və ciddi xəstəliyi olan şəxsləri vaksinasiya olunmağa çağırıram".