Keçmiş nazir Namiq Nəsrullayev vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.
Namiq Nəsrullayev 1945-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilib. 1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışıb.
N. Nəsrullayev 2001-ci ildə Hesablama Palatasının ilk sədri təyin edilib və 2007-ci ilə qədər bu vəzifəni icra edib.