çərşənbə axşamı günü, 10 noyabr 2026
     

ŞƏHİDLƏRİN XATİRƏSİ UNUDULMUR !..

Image


20 Yanvar xalqımızın 90-cı illərdə yaşamış olduğu ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu. Xalqın iradəsini sındırmaq üçün gecənin qaranlığında  Bakını susdurmaq… 20 Yanvar ərəfəsindəki son ayın, uzağı bir neçə ayın hadisələrini bir-bir xatırlayır və onların arasında faciəyə yol açan səbəbləri və səhvləri araşdırıb tapmağa çalışanlar faşizmin törətdiyi cinayətləri yada salanda düşünürsən ki, bu sonluğu heç kim gözləmirdi. 

O zaman çox az adam inana bilərdi ki, dövlət öz vətəndaşına, dinc vətəndaşına belə zülm edə  bilər. Ona görə ki, sovetlərin apardığı təbliğat, insanlıq, xeyirxahlıq Xeyirlə Şərin mübarizəsinin nağıllarda olduğu kimi, həmişə Xeyrin qələbəsi  hər bir vətəndaşı belə düşünməyə vadar edirdi. Sovetlərin  təcavüzkar siyasəti, zamanında susdurulmaması Şərin qələbəsinə yol açdı. 20 Yanvar məhz Şərin Xeyirə qalib gəldiyi bir an idi - qısa bir an. Bu Şərin gəldiyi yolun tarixi  isə hər an bizi ayıq etməliydi. Bu yol bir aylıq, iki aylıq yol deyildi. Bu, çox uzaqdan gələn bir yoldu. Bu yol 1813-cü ilin “Gülüstan”ından gəlir, bu yol 1828-ci ilin “Türkmənçay”ından keçir. Nəhayət, bu yolun bizə ən yaxın dövrü 1920-ci ilin 28 aprelindən xəbər verir. Ötən əsrin 30-cu illərinin qaranlıq zülmətindən, represiyalardan, 40-50-cı illərin ağrı-acılarından keçib gəlmişdik 20 Yanvara. Bu illər tez-tez xatırlansa, tarixi həqiqətlər xalqa olduğu kimi çatdırılsa bu hadisə baş verməzdi. Xalqın həqiqi tarixini gizlədib, açı həqiqətləri xalqa aşılamaq bu hadisələrə yol açdı. 
Vətənpərvər, azadlıqsevər bir məmləkətin, ərlər, igidlər  yetişdirən bir millətin, məğrur bir xalqın  faciəsidir bu illər. 20 Yanvar isə bu hekayənin son fəslidir. Bu fəsildə də qarşımıza Şər çıxmışdı. Elə bir şər ki, igidləri, ərləri, xalqın üsyankar səsini boğsun. Xalqın özü, millətin səsi olan bu igidlərə qənim kəsilmək. Gecənin müdhişində qətllər edən Qızıl ordu qızıl qan tökən orduya çevrildi. Bu  gecənin qurbanlarından biri də Yusif Sadıqov oldu. Yusif Allahverdi oğlu Sadıqov 1964-cü ildə Göyçə gölünün sahilində yerləşən Cil kəndində anadan olmuşdur. Bu yerlər sıldırımlı qayaları yaşıl meşələri, uca dağları ilə tanınırdı. İki tərəfdən dağ, bir tərəfədn Göyçə gölü ilə əhatə olunan bu kənddə dünyaya göz açan Yusif  Tanrı payı idi bu millətə,bu torpağa.... Atası Allahverdi müəllimin ziyası bu kəndin, bu diyarın hər evini işıqlandırırdı. Halal zəhməti ilə övladlarını böyüdən Allahverdi müəllim üçün ən böyük qazanc balalarının yüksək səviyyəli ziyalı kimi yetişməsi idi. Bütün həyatını bu vətənin övladlarına elm, bilik öyrətməyə həsr etmiş bu insan evində də yeni ziyalılar yetişdirirdi. Evinin bir otağında divara lövhə asılmışdı. Bütün günü gənc nəslə yorulmadan bildiklərini öyrədən Allahverdi müəllim dərsdən sonra isə balalarını riyaziyyat elminin sirləri ilə tanış edirdi. Böyük qardaş-bacıları atasının söylədiklərinə diqqətlə qulaq asarkən balaca Yusif də onlarla bərabər bu ev dərslərinin şagirdi oldu. Evin balacası olsa da atanın, ananın, bacı-qardaşın istəklisi, savadı ilə elinin  ən yüksək sevimlisi oldu. Hələ məktəbə başlamadan o da riyaziyyat elminin sirlərinə meyl etdi. Bax beləcə, atasını dinləyə-dinləyə öyrəndi riyaziyyat elminin sirlərini. Hər gün öyrəndiyi yeni bir sirr onu riyaziyyat elminə daha da bağladı. Zahirən sakit, əslində qaynar, coşğun təbiətli idi Yusif. Sakit təbiəti riyaziyyata bağladı Yusifi. Güclü məntiqi, iti yaddaşı olan Yusifi hələ orta məktəbdə hamı riyaziyyatçı kimi tanıyırdı. Bütün elm sahələrinə yiyələnir, qazandığı nailiyyətlər ona şöhrət gətirmişdir.  O, dəfələrlə respublika olimpiadalarında iştirak edib birincilik qazanmışdı. Orta məktəbi 1981-ci ildə qızıl medalla qurtarıb M.Ə.Rəsulzadə adına BDU-nun mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur. Oxuduğu illərdə dəfələrlə Moskvada, Vilnüsdə universitetin mexanika-riyaziyyat  fakültəsini təmsil etmiş, riyaziyyat olimpiadalarında qalib olmuş, I dərəcəli diplomla Vətənə qayıtmışdı. Universitet illərində yazdığı şeirləri, riyaziyyat sahəsində uğurları onu müəllimlərinin yaxın dostu etmişdir. Üniversiteti 1986-cı ildə fərqlənmə diplomu ilə qurtarmışdı. Elmlər  Akademiyasında cıxışları, öz istedadı, qabiliyyəti ilə seçilən bu gənc 1988-ci ildə Azərbaycan SSR EA-nın Riyaziyyat-Mexanika İnstitutuna  aspiranturaya daxil olmuşdur. Aspirant olduğu iki il ərzində minimumlarını əla qiymətlərlə vermiş, işini başa çatdırmış, dəfələrlə aspirantların Respublika konfransında, institutda seminarlarda çıxış etmiş və istedadı ilə tanınmışdır. İnstitutun əməkdaşları Yusifin şəxsində gələcəyin böyük alimini görürdülər. Yusif müdafiəyə hazırlaşırdı. Gənclik, həyat eşqı onu gələcəyə səsləyirdi. Nişanlıydı. Lakin ... Olanlar onun səbr kasasını doldurmuşdu. 

Bir əsrdə neçə dəfələrlə torpaqlarımızı tapdaq altına salan düşmənlər yenidən baş qaldırdı.  Düşmənlərimizin hiyləsi ilə bizi təhdid edən tarixən ata-baba yurdumuz olan torpaqlarımıza namərd qonşularımız göz dikmişdilər. Hər cəhdlə tarixi iftiralara əl ataraq Ulu Göyçəni, Zəngəzuru, Dərə Ləyəzi imperiyaya arxalanaraq ələ keçirdilər. Bu illər Yusifin həyatına qara çökdürdü. Tarixi həqiqətləri düşündükcə damarlarında qan donurdu. Bu illərdə ata-baba yurdundan, isti ata-ana ocağından zorla ayrılması, ulu Göyçənin həsrəti onu rahar buraxmırdı. Öz tarixi ərazisində yaşayan azərbaycanlıların tarixi dədə-baba torpaqlarından qovularaq çıxarılması 26 yaşlı gəncə daha çox təsir edirdi. Buna SSRİ rəhbərliyi tərəfindən göstərilən “görməzlik” soydaşlarımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin məhz İttifaqın “yardımı və strategiyası” ilə baş tutmasına heç bir şübhə yeri qoymurdu.

Bir tərəfdən də xain əllər Şuşaya, Qarabağa  uzanırdı. Ölkəmizin ərazi bütövlüyünə qarşı aparılan məkrli fəaliyyətlər, riyakar qəsdlər, SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar xalqımıza qarşı yürüdülən düşmənçilik siyasəti xalqımıza artıq imperiya boyunduruğunda yaşamağın daha ağır fəlakətlərə yol aça biləcəyini anladırdı Yusifə. 1988-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin hər bir hiylə  ilə tarixi torpaqları olan Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına yönəlmiş siyasəti hər bir kəsi düşündürürdü. Bu dövrdə guya “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” qərarının qəbul edilməsi bu torpaqlara olan təcavüzkar siyasətin təzahürü idi. 1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağda Xüsusi İdarəetmə Forması yaratmaq haqqında” fərman verməsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına yönəlmiş siyasət idi. Bu açıqdan açığa ölkəmizin ərazisinə, xüsusən Qarabağa qarşı ermənilər tərəfindən planlı şəkildə icra olunan tədbirlərin birbaşa imperiya rəhbərliyi tərəfindən dəstəkləndiyini göstərirdi. Geniş erudisiyalı gənc bunları düşündükcə Vətən yolunda mübarizəyə atıldı. Belə bir zamanın gəlməsi onu həyatını dəyişdi. 20 Yanvar-o qanlı gecə Yusif evdə otura bilmədi. Bakıya daxil olan  qoşunların xalqın iradəsini qırmaq üçün törətdikləri terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşdü. Bu terror aktının şahidi, şəhidi olan Yusif Sadıqovu səhər açılanda hamı axtarırdı. Heç kimin ağlına gəlməzdi ki, o qaranlıq gecədə Yusif kimi gəncə nə isə ola bilər. Ana Yusifin uca boyuna, qardaş-bacı isə ağlına, zəkasına inanırdı. Heç kim inanmırdı ki, 70 il sülhsevər, xilaskar missiyanın daşıyıcısı kimi təbliğ olunan Qızıl Ordu mifi Bakını al-qana boyayacaq. Bakıya yeridilən Sovet Ordusunun 35 minlik təyinatlı bölmələri, daxili qoşunları, Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri əli yalın insanları əzmək, məhv etmək təlqin olunmuşdur. Səhər açılanda Bakı küçələri igidlərin qanı ilə  boyanmışdı. Hadisələr zamanı Vətən uğrunda Həlak oldu Yusif. Ancaq sağ qolu tapıldı Yusifin.

İyirminci əsr, doxsanıncı il.

Qanlı tarix yazdı Azərbaycana 

Millət öz yolunda olmuşdu zəlil

Göylərin də üzü boyandı qana.

Sağ qolunu Özündən nişanə qoyub getdi Yusif. Sanki bununla deyirdi qoy ölüm sevinməsin. Hazırda Şəhidlər Xiyabanında sağ qolu dəfn olunan Yusif Sadıqov Vətənin azadlıq yolunda həlak oldu. Qanlı Yanvar gecəsinin müdhiş hadisəsində həlak olan oğul və qızlarımız xalqımızın azadlıq, müstəqillik qazanmasına yol açdılar. Bakının ən yüksək nöqtəsində Şəhidlər xiyabanında uyuyan qəhrəmanlarımız ümumxalq ziyatətinə çevrimişdir.

Şəbnəm Həsənli-Qəribova
filologiya üzrə fəlsəfə doktoru, dosent



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ