Bazar ertəsi günü, 14 sentyabr 2026
     

150 min nəfərədək tələbə və doktoranta aylıq 275 və 400 manat təqaüd kəsildi...

Image


Azərbaycan dövləti elm sahəsinə maraq göstərən şəxslərə, eləcə də ali məktəb tələbələrinə hər zaman qayğı göstərib, onların həyatlarının yaxşılaşdırılması üçün əməli addımlar atıb.

Bildiyimiz kimi, 2023-cü il  yeni sosial islahatlar ilidir və bu yöndə  Prezidentin verdiyi sərəncam və fərmanların böyük əhəmiyyəti var.

Yanvarın 13-də Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamı ilə doktorant və tələbələrin  təqaüdləri də artırılıb. Yeni Fərmanla 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb.

Həmçinin dövlət başçısının yeni Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın  1-dən

doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 400  manata,

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 240 manata çatdırılır.

Sənədə əsasən, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

magistratura səviyyəsi üzrə akademik göstəriciləri  91–100 bal olan tələbələr üçün  195 manata, 71–100 bal olan tələbələr üçün 160 manata, 51–100 bal olan tələbələr üçün 110 manata çatdırılır.

Bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri  91–100 bal olan tələbələr üçün 175 manata, 71–100 bal olan tələbələr üçün 145 manata, 51–100 bal olan tələbələr üçün təqaüdün məbləği 100 manat olur.

Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91–100 bal olan tələbələr üçün 100 manata, 71–100 bal olan tələbələr üçün – 80  manata,  51–100 bal olan tələbələr üçün 66 manata çatdırılır. Onların təqaüdü bu həcmdə olacaq.

Peşə təhsili müəssisələrində akademik göstəriciləri

“5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələr üçün  100 manata,

“4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələr üçün 80 manata,

“3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələr üçün – 66 manata çatdırılır.

Qeyd edək ki, bu artımlar ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə edir.

"Böyük bir tələbə, doktorant, təhsil alan kontingentini əhatə edir"

Ekspertlər hesab edirlər ki, doktorantlar və tələbələr ucun təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb.  Ekspertlərin sözlərinə görə, təqaüdlərin elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 400  manata, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 240 manata çatdırılması müsbət haldır. Tələbələrin də təqaüdlərinin artmasının sosial əhəmiyyətini vurğulayan ekspertlərə görə, bu,  tələbələrin həyatına müsbət təsir göstərəcək. Tanınmış təhsil eksperti Elçin Əfəndi baki-xeber.com-a bildirdi ki, dövlətin sosial paketində doktorantlara, tələbələrə yer ayrılması, bu məsələyə xüsusi yanaşmanın olması çox müsbət haldır. "150 min nəfərədək tələbə və doktoranta aylıq 275 və 400 manat təqaüd verilməsi təqdirəlayiqdir. Nəzərinizə çatdırım ki, ümumiyyətlə  təhsillə əlaqədar son dövrlər Prezident tərəfindən müvafiq olaraq ardıcıl islahatlar həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilir, sərəncamlar, fərmanlar imzalanır. Prezidentin son fərmanı ilə tələbələrin, doktorantların təqaüdləri artırılıb.

Qeyd edim ki, bir müddət bundan əvvəl Prezident tərəfindən neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı ümumi prioritet elan edilib. Nəticə etibarilə artıq təhsil istiqamətində müəyyən yatırımların edildiyini, bu yöndə dərinləşən islahatları yaxından müşahidə edirik. Bunun  daha intensiv hal aldığını görürük. Milli təhsilə marağın daha da artırılması istiqamətində işlər görüldü və bu istiqamətdə agentliyin, eyni zamanda Tələbə Təhsil Kredit Fondunun, bunlarla paralel ümumi Təhsil Fondunun yaradılması baş verdi. Son dövrlər Milli Elmlər Akademiyasının nəzdində olan institutların bir çoxunun Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi, yeni məktəb tikintiləri və sair bu istiqamətin tərkibinə daxildir.

Tələbə və doktorantların təqaüdlərinin artırılması onların rifah halına müsbət təsir edəcək. Bu onu göstərir ki, dövlət tələbə və doktorantların sosial rifah halının yaxşılaşmasına hər zaman dəstək verir. Bu da o dəstəyin bir örnəyidir."

E.Əfəndinin sözlərinə görə, burada əsas məsələ budur ki, son dövrlər müəyyən qədər qiymət artımları var, bütün dünyada iqtisadi cəhətdən çətinliklər mövcuddur. "Yeni çağırışlara biz də mütləq cavab verməliyik. Təbii ki, burada tələbələrin də müvafiq həyat şəraitinin yaxşılaşdırılması, təhsil aldıqları müddət ərzində onların maddi cəhətdən sıxıntı çəkməmələri vacib şərtlərdəndir. Respublikamızda təhsil alanların çox böyük hissəsi Bakı şəhərində cəmləşib. Rayonlardan gələnləri nəzərə alsaq, onlar burada kirayədə qalırlar və indiki vəziyyətdə kirayə evlərin də qiymətlərinin yüksək olması tələbələrin maddi cəhətdən çətinliklə üz-üzə qaldıqlarını deməyə əsas verir. Nəticə etibarilə ilə onlara maddi cəhətdən dövlətin dəstəyi vacibdir. Düşünürəm ki,  tələbələrin, doktorantların təqaüdlərinin artırılması çox müsbət haldır və bu çox lazım idi. Çox arzu olunardı ki, bunlardan sonra universitetlər də Təhsil haqqını azaldardı. İstər doktorantların, magistrlərin, bakalavrların, istərsə orta ixtisas  təhsili alanların, subbakalavrların təqaüdləri artıb. Nəzərə alsaq ki,  ötən illərdə də dövlət başçısının təqaüdlərin artırılması ilə bağlı sərəncamları olub. Bu il də Prezident yeni qaydada təqaüdlərin artırılmasına dair fərman imzalayıb. Bu ümumilikdə, böyük bir tələbə, doktorant, təhsil alan kontingentini əhatə edir.  Ali təhsil sahəsində 150 mindən artıq şəxsin təqaüdü artması, bu artımın eləcə də  digər təhsilalanlara aid edilməsi çox müsbət haldır. Bir sözlə, bu artım istər subbakalavr, istər bakalavr, istər peşə təhsili, istərsə də magistr və doktorantura üzrə təhsil alanların böyük bir hissəsini təşkil edir. Əvvəlki dövrdən fərqli  olaraq, indi ödənişli oxuyanlar da yüksək göstəricilər ortaya qoyub təqaüd ala bilirlər. Bu, sağlam rəqabətin olması deməkdir"-deyə E. Əfəndi qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

14.09.2026 / 16:48
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ