Əhalinin sayı 2500 nəfəri keçən Ürgə kəndi Lənkəran şəhərindın 8 kilometr aralıda yerləşir. Burada son illər yaranan sosial problemləri nədənsə yerli məmurlar görmək istəmirlər.
Nəticədə laqeydlik üzündən ürgəlilərin həyat tərzi heç də yaxşı keçmir. Bundan əlavə, kəndin yararsız yolları əhalini daha çox narahat edir. Uzun illər baxımsız qaldığına görə artıq yolların əksər hissəsində indi hərəkət etmək olur. Vəziyyət hər gün pisliyə doğru dəyişir. Maraqldır ki, rayonda xalqın taleyinə məsuliyyət daşıyanlar dağılmış, cala-çuxur, qış-payız aylarında palçığı dizə çıxan yollarla bağlı yerli sakinlərin şıkayətlərinə əhəmiyyət vermir, o yan, bu yan olanda da, qısa şəkildə vəsaitin yoxluğunu bəhanə gətirirlər.
Ürgəlilər deyirlər ki, vəzifə kreslosundan iki əlli yapışan rayon rəhbərləri dövlətin vəsaitini mənimsəməkdən ötrü vətəndaşları ehtiyac içində saxlamaqda mahirdir. İllərdir kəndin yolları təmir olunmur. Halbuki bu məqsədlə dəfələrlə hökumətimiz vəsait ayırıbdır. Biz heç, buraya gələn qonaqlar yolda olan vəziyyətdən dəhşətə gəlirlər. Məktəbə gedən uşaqlar artıq palçıq əlindən bezar olublar. İnanmırıq bundan sonra rayonda yol dərdimizə əlac edən olsun. Çünki illərdir deyirik, qaldı bizi eşidən yoxdur. İndi ümid yerimiz yalnız ölkə başçısıdır. Fəaliyyətində həmişə öz xalqının xoşbəxt, rahat həyatını düşünən cənab Prezidentimiz heç vaxt bizi köməksiz qoymaz.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü