Lənkəran şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Ş. Qurbanov adına yaradıcılıq klubu həmişə qonaq-qaralı olur.
Şəhər sakinləri boş vaxtlarını səmərəli, mənalı keçirmək üçün bu mədəniyyət ocağına gəlirlər. Klubda vaxtaşırı müxtəlif səpkili tədbirlə keçirilir. Klubun növbəti tədbiri isə "XXI əsrin faciəsi - narkomaniya" adlanırdı .
Tədbirdə Lənkəran Regional Mədəniyyət idarəsinin rəisi Şahin Şahbazov, 1 saylı Ekologiya və təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev, DİN Baş narkotiklərlə mübarizə idarəsinin Cənub regional şöbəsinin əməkdaşı polis polkovnik leytenantı Aqil Əhmədov, Lənkəran Rayonlar-arası Narkoloji Xəstəxanasının baş həkimi Vüqar Əliyev və digər qurumların nümayəndələri, müxtəlif yaş qruplarına malik olan gənclər iştirak edirdilər.
Tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı aparılan mübarizədən, əldə olunan nəticələrdən danışıldı.
Sonda "Narkomaniya öldürür" adlı sosial video çarxı yayımlandı.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü