Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Nazirlikdən bildirilib ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də hadisə yerinə gedib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, “Sədərək” ticarət mərkəzində yanğın söndürülüb.
Ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb. Ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib.