Bakıda yanacaqdaşıyan avtomobil yanıb, 1 nəfər ölüb. Baş DYP İdarəsindən verilən məlumata görə bugun saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.
İlkin məlumata görə hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaq daşıyan avtomobildir. Hadisə nəticəsində 1 nəfər yanaraq ölüb. Ölən şəxs TIR sürücüsüdür.
Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib.
Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda baş verən ağır yol qəzasından əməliyyat görüntüləri yayıb.
Nazirlikdən verilən məlumata görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər həlak olub. Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.