Bakıda Nizami rayonunda dəhşətli yol qəzası baş verib. Trend-in məlumatına görə, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hadisə zamanı "Toyota Prius" və "Mercedes" avtomobilləri toqquşub.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə "Mercedes"in manevr qaydalarını pozması nəticəsində baş verib.
Qəzada 5 nəfər ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib ki, qəza zamanı 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, 1994-cü il Pərviz Əlizadə, 1994-cü il təvəllüdlü Aytəkin Allahyarova, 2001-ci il təvəllüdü Könul Namazova, 1997-ci il Jalə Aslanova ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.