Azad edilmiş ərazilərdə DOST mərkəzlərinin açılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ilin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hazırda bununla bağlı işlər aparılır.
"Azad olunmuş ərazilərdə, xüsusən də Şuşa şəhərində DOST mərkəzinin yaradılması nəzərdə tutulur",- F.Məmmədov bildirib.
F.Məmmədov Naxçıvanda da DOST Mərkəzinin açılacağını deyib: "Naxçıvanda artıq DOST Mərkəzinin yaradılması ilə bağlı işlər görülür. Gələn ilin sonuna qədər işlər yekunlaşacaq və mərkəz fəaliyyətə başlayacaq".