Lənkəran rayon Haftoni qəsəbə tam orta məktəbində təşkil olunan növbəti tədbir "Yol hərəkəti qaydalarına riayət et" adlanırdı. Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı sayəsində baş tutan maarifləndirici tədbirə 130 şagird qatılmışdı .
Məktəbin direktoru Elçin Səfərov, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Yusif Xamiyev, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin inspektoru Hüseyn Abbaszadə tədbirdə çıxış edib şagirdlərə yol hərəkəti qaydaları barədə danışdılar. Eyni zamanda çıxışlarında sağlam həyat tərzinin təbliği və narkomaniyanın əsrin bəlası olduğunu, bu xəstəlikdən qorunma yolları, zərərli vərdişlər, erkən nikah və onun fəsadları haqqında geniş söhbət açıldı. Şagirdlərə asudə vaxtlarının səmərəliliyi üçün Gənclər və idman idarəsində könüllük fəaliyyəti, müxtəlif məşğələlərdə, elmi-praktiki konfranslarda, müsabiqələrdə, tədris-təlim proqramlarda, düşərgələrdə, ekskursiyalarda, kütləvi idman tədbirlərdə iştirak etməyi və idmanla məşğul olmaq məsləhət bilindi.
Daha sonra şagirdlər tərəfindən ünvanlana suallara ətraflı cavablar verildi, yekunda video çarxlar nümayiş olundu.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü