çərşənbə axşamı günü, 15 sentyabr 2026
     

Rusiyada həbs təhlükəsi ilə üzləşmiş xanım soydaşımızı necə qoruyaq?

Image


Öz davranışı ilə bir sıra xalqların qadınlarına nümunə olan Azərbaycan qadını harada olsa öz milli mənsubiyyətini qoruyur və övladlarını da bu ruhda tərbiyə edir. Amma təəssüf ki, bəzi cəmiyyətlərdə Azərbaycan qadınına qarşı milli ayrıseçkilik də müşahidə olunur.

Rusiya Federasiyasının Surqut şəhərində yaşayan 3 uşaq anası, əslən Tovuz rayonundan olan soyadaşımız  Məmmədova Raya Sabir qızı kimi. Onu da qeyd edək ki, azərbaycanlılar, xüsusən də qadınlarımız hansı ölkədə yaşayırlarsa, hər zaman o ölkənin, o cəmiyyətin qanun-qaydalarına əməl edirlər. Amma təəssüf ki, bəzi hallarda milli ayrı-seçkilik həvəskarları bizim qadınlara qarşı haqsızlıqlar edirlər. Raya Sabir qızı Məmmədova da yaşadığı ölkədə, yaşadığı cəmiyyətdə haqsızlıqla üzləşib. O bu barədə əməkdaşımız Məhəmmədəli Qəribliyə müsahibəsində danışıb. 3 uşaq anası olan soydaşımızın uzaq Rusiyada siyasi motivlə həbs olunması təhlükəsi var və əsassız şikayət əsasında Raya xanım həbsə atıla bilər.

M.Qəribli Facebook səhifəsində soyadımızın problemini yaydığı video ilə ictimailəşdirib ki, Azərbaycan xalqı olaraq susmayaq və soydaşımıza sahib çıxaq :“Çox xahiş edirəm, bu videonu sona qədər izləyib paylaşaq ki, geniş ictimaiyyətə çata bilsin. Videoda danışan xanım əslən Tovuz rayonundan olan soydaşımızdır. Rusiyanın Surqut şəhərinfə yaşayır, 3 uşaq anasıdır. Adı - Məmmədova Raya Sabir qızıdır.

Yaşadığı binanın sakinləri arasında yaradılan votsap qrupunda xanımın uşaqlarının və özünün milli mənsubiyyətini təhqir ediblər. Xanım da adekvat cavab verərək, rusları təhqir edib. Bunu danmır, əsəbi halda olduğu səbəbindən söylədiyini bildirir, hətta publik olaraq üzürhaqlıq  da edib.

Ancaq Rusiyanın hüquq-mühafizə orqanları və media nümunələri bu məsələni elə səviyyədə şişirdiblər ki, xanımın həbsə getməkdən başqa şansı qalmır. Ona “Milli münasibətləri qızışdırma” maddəsi ilə ittiham verilib. 6 aydır ki, istintaq və məhkəmə gedir. Vəkili bildirib ki, növbəti məhkəmə iclasında xanıma 4 il həbs cəzası nəzərdə tutulan hökm elan ediləcək.

Həmin maddədə pul cəriməsi, şərti cəza da nəzərdə tutulsa da, məhkəmə həbs qərarı verməkdə israrlıdır. Ancaq bildirirlər ki, bu qərar verilsə də, soydaşımızın himayəsində azyaşlı uşaq olduğu üçün 3 il sonra icraya yönəldiləcək. İstənilən halda, bunun adı həbsdir!

Dəyərli dostlar! Hamı Ukraynadakı Misir Qasımlı kimi qışqırıb-bağıra, dəmir barmaqlıqları təpikləyə və siyasi şüarlar səsləndirə bilmir ki, diqqəti özünə cəlb edə bilsin. Əsl siyasi motivlə bu xanım həbs edilib və ona nə cəmiyyətimiz, nə diasporumuz, nə də ki, Rusiyadakı səfirliyimiz səviyyəsində heç bir dəstək yoxdur.

Mən bu müraciəti bütün sosial şəbəkə hesablarımızda yerləşdirmişəm və onların linkini şərh bölümündə paylaşacam. Gəlin, qərib eldə olan bir azərbaycanlı xanımı tək buraxmayaq. Kimin əlindən nə dəstək gəlirsə, versin!”

Raya xanımın üzləşdiyi problem doğrudan da acınacaqlıdır. Hesab edirik ki, ölkəmizin qadın hüquqlarını müdafiə edən təşkilatları bu məsələyə biganə qalmalı deyil.

  • “Raya xanımı meydanda tək qoymamalıyıq, onun probleminə biganə qalmaq olmaz”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, bütün cəmiyyət, bütün qadın təşkilatları Raya Sabir qızının hüquqlarının bərpası istiqamətində əlindən gələni etməlidir. “Əlbəttə, üç uşaq anası olan Azərbaycan xanımının uzaq Surqutda, yad eldə bu cür aqibətlə üzləşməsi bizim hər birimizi narahat etməlidir.  Biz hər birimiz xanım soydaşımıza dəstək verməli və onun yanında olmalıyıq. Düşünürəm ki, orada fəaliyyət göstərən diaspor təşkilatlarımız, ictimai fəallar, eləcə də Rusiyadakı səfirliyimizin əməkdaşları Raya xanımın üzləşdiyi haqsızlığa səssiz qalmamalıdır. Heç birimiz xanım soydaşınızın üzləşdiyi haqsızlığa biganə qala bilmərik.  Hesab edirəm ki, səfirliyimiz, diaspor təşkilatlarımız hərəkətə keçməlidir. Hər bir azərbaycanlının hüquqlarını, haqqını qorumaq borcumuzdur. Raya xanımı meydanda tək qoymamalıyıq, onun probleminə biganə qalmaq olmaz”.

F.Hacıbəyli qeyd etdi ki, Azərbaycan tolerant ölkədir və burada heç bir xalqın nümayəndəsinə qarşı ayrıseçkiliyə yol verilmir. Azərbaycanlıların da tolerantlıqları ilə xüsusi seçildiyini deyən F.Hacıbəylinin sözlərinə görə, buna baxmayaraq, bəzən soydaşlarımız başqa ölkələrdə ayrı-seçkiliklə qarşılaşır. “Hesab edirəm ki, Surqutdakı diaspor təşkilatımız, oradakı üzdə olan şəxslər, fəallar xanım soydamızın ədalətsiz qərarın qurbanı olmasına imkan verməməlidirlər. Onlara səslənirəm ki, üç uşaq anası olan soydaşımızı tək qoymayın və onun hüquqlarını bərpa etmək üçün əlinizdən gələni edin” - deyə F.Hacıbəyli qeyd edir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

14.09.2026 / 23:45
Şotlandiya, Uels və Şimali İrlandiya arasında tarixi razılaşma - Britaniyanın parçalanmasına doğru ilk addım atıldı…

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

14.09.2026 / 20:47
ABŞ-da seçki Zəngəzur və 907 məsələsinə təsir göstərə bilər...

14.09.2026 / 20:40
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirdi

14.09.2026 / 20:35
ABŞ-da dizelin qiymət rekord həddə çatdı, Tramp hərəkətə keçdi - Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırdı…

14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir - FOTO

14.09.2026 / 20:23
Hikmət Hacıyevin Qarabağda diplomatik korpusa göstərdiyi saxta kitabların sirri...

14.09.2026 / 20:11
Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

14.09.2026 / 19:58
Tramp Putinə görə Zelenskiyə elçi düşüb...

14.09.2026 / 19:47
Prezident 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

14.09.2026 / 19:35
Qarabağda ilk dəfə olmuş Aİ xüsusi elçisi İrəvana mesajlar aparır...

14.09.2026 / 19:21
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edildi

14.09.2026 / 19:14
Rusiya “qışın oğlan çağında” Ermənistanın qazını kəsəcək, ardınca da Ukrayna ssenarisini işə salacaq

14.09.2026 / 19:06
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

14.09.2026 / 18:58
Lizinq təşkilatlarına yeni qayda kəsildi – kimin xeyrinədir? Bundan sonra...

14.09.2026 / 18:45
Diplomatların Qarabağ səfərində İrəvanı qıcıqlandıran 3 səbəb...

14.09.2026 / 18:32
ABŞ "bir şərtlə" İrana nüvə yanacağı tədarük etməyə hazır olduğunu açıqladı…

14.09.2026 / 18:17
Prezident İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib - FOTO

14.09.2026 / 17:50
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

14.09.2026 / 17:42
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

14.09.2026 / 17:38
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 17:25
Tramp seçicilərin səsini pulla almaqda israrlıdır

14.09.2026 / 17:08
Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

14.09.2026 / 16:55
Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:39
Şagird sayı az olan kənd məktəbləri bağlanır....

14.09.2026 / 16:28
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər...

14.09.2026 / 16:22
Müəllimlərin geyim tələbləri ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 16:12
"X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq" - Nazir

14.09.2026 / 16:08
Müəllimlik ixtisaslarına qəbul balı artırılır...

14.09.2026 / 16:02
Məktəblərdə dərs saatları dəyişdirilə bilər....

14.09.2026 / 15:53
Hakan Fidan Azərbaycana gəlir...

14.09.2026 / 15:45
90 min müəllimin maaşı artrılacaq - nazir açıqladı...

14.09.2026 / 15:27
Prezidentin sosial şəbəkə hesablarında "SABAH.city" innovasiya şəhərciyinin açılışı ilə bağlı video paylaşılıb

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 15:10
Əli Əsədov AİB-in Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ