2011-ci ildən çapa başlayan “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalının növbəti sayı işıq üzü görüb. Bu il üçün jurnalın işıq üzü görən 3-cü sayında olduqca maraqlı yazılar, xatirələr, düşüncələr yer alıb.
Tanınmış şairə, AYB üzvü Nəzakət Məmmədovanın rəhbərliyi ilə nəşr edilən jurnalın səhifələrində bütün nəsillərin nümayəndələrinə yer verilir. Əlbəttə, gənclik nəfəsi dərgiyə ayrı bir ab-hava, ruh qatır. “Yada düşdü”nün təsisçisi və baş yazarı Nəzakət Məmmədovanın “Gənclər potensial gücdür” yazısı jurnalın ilk yazısıdır. Qoqolun “Gənclik ona görə xoşbəxtdir ki, gələcəyi var” fikrini epiqraf olaraq verən baş yazar gəncliyin xalqın sabahı olduğunu xüsusi vurğulayıb.
Burada Həsən Kür, Şəhriyar del Gerani, Ramil Əhməd, Ülvi Babasoy, Təvəkgül Boysunar, Emin Piri, Günel Yaz, Ruslan Dostəli, Ümid Nəccari, orxan Həsəni, İntiqam Yaşar, Vəfa Mürşüdlü, Şəfa Vəli, Rəvan Cavid, Nadir Yalçın, NARGİS, Gülnar Səma, İlahə Səfərzadə, Səddam Laçın, Şahənə Müşfiq, Nigar Arif, Səma Muğanna, Seyyid Əsri, Habil Rzanur, Orxan Cuvarlı, Dərid Hüseyn kimi maraqlı imzaların yazıları, poetik, ədəbi-bədii töhfələri işıq üzü görüb. Etiraf edək ki, jurnalın bu sayında gənc qələm sahiblərinə daha çox yer verilməsi müsbət haldır.
“Yada düşdü”nün bu sayını da mütləq oxuyun, dərgidə çox maraqlı yazılar var, bu baxımdan oxumağa dəyər!
İradə SARIYEVA