çərşənbə axşamı günü, 10 noyabr 2026
     

AMEA-nın Arxeologiya... İnstitutunun sabiq əməkdaşları Prezidentə və Birinci vitse-prezidentə müraciət etdilər...

Image


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşı, tədqiqatçı-tarixçi Səbuhi Hüseynov bu institutla bağlı Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya açıq məktub yazıb.

Məktubun bir surətini də “Bakı-Xəbər”ə göndərən S.Hüseynov burada çox ciddi mətləblərdən söhbət açıb. Şikayətçi yazır:

  • Səbuhi Hüseynov: “Xahiş edirəm, bizə qarşı aparılan bu işi nəzarətə götürüb, ciddi və ədalətli araşdırma aparılmasına göstəriş verəsiniz”

“Çox hörmətli, cənab Prezident və çox hörmətli xanım Birinci vitse-prezident!

Mən və həyat yoldaşım Gülüstan İsayeva 10 ildən çox idi ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda çalışırdıq. Uzun müddət idi ki, institutumuzda baş alıb gedən korrupsiya faktları bizi narahat edirdi. Bunu hər kəs bilirdi, lakin hər zaman biz danışır və etiraz edirdik. Biz 2021-ci il 13 iyul tarixində AMEA-nın sabiq rəhbərinə bununla bağlı müraciət etdik. AMEA-nın sabiq prezidentinin sərəncamı ilə institumuza yoxlama gəldi və bəlli oldu ki, böyük yeyinti faktları mövcuddur. Lakin tərtib olunan arayış heç bir yerə göndərilmədi. Nəticədə, institutun direktoru öz ərizəsi ilə işdən azad edildi. Lakin olduqca maraqlı bir hadisə baş verdi. AMEA RH-nin qərarı ilə şikayətçinin də işdən azad edilməsi yeni rəhbərliyə tapşırıldı. Əslində bu, qanunvericiliyə zidd idi. Lakin AMEA RH belə bir səlahiyyəti olmadığını sonradan anladığı üçün qərarı yoxa çıxarmağa çalışdı. Bu tarixdən, o zamankı AMEA rəhbərliyi və institutun yeni rəhbərliyi bizimlə mübarizəyə başladı. Həyat yoldaşım Gülüstan İsayeva şər və böhtanlarla tamamilə əlaqəsiz məsələlərdə ittiham olunaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən işdən azad edildi. Çox keçmədən, AMEA-nın sabiq prezidenti bu instituta öz adamı olan Abbas Seyidovu təyin etdi. Bu dövrdən mənə qarşı da hücumlar başlandı. Tədqiqatlarıma maneələr törədildi. Qarabağda işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən məhv edilmiş arxeoloji abidələrimizin müəyyən edilməsində XX əsrin 80-90-cı illərinin peyk görüntülərinin müasir peyk görüntüləri ilə müqayisəli təhlili əsasında dağıntının miqyası və dəymiş ziyanın müəyyən edilməsinə həsr edilmiş araşdırma tamamilə dayandırıldı. Buna qədər Şuşa şəhərinin abidələrinin müəyyən edilməsində bu metodologiyadan istifadə etmişdim. Həmin dövrdə Qərbi Azərbaycanla (indiki Ermənistan) bağlı araşdırma işimin dayandırılması istənildi. Bu məqsədlə Türkiyə Cümhuriyyətinin Osmanlı arxivinə ezam olunmağımla bağlı məsələdə əngəllər törədildi. Yalnız müəyyən qurumlar işə qarışandan sonra icazə verməli oldular. Bunun nəticəsində Osmanlı arxivində də araşdırma apara bildim və ölkəmizə lazımı sənədləri gətirməyi bacardım. Lakin yeni institut rəhbərinin və onun adamlarının mənə qarşı apardığı şər-böhtan fonunda araşdırma aparmağın mümkün olmadığını anladım. Bunun üçün öz ərizəmlə illər öncə araşdırma aparmaq üçün gəldiyim doğma institutu tərk etməli oldum. Bununla da kifayətlənməyən rəhbərlik mənim bir daha AMEA binasına buraxılmamağımla bağlı tapşırıq verdi. Sonradan, Tarix İnstitutunun baş direktoru araşdırmalarıma dəstək oldu və məni institutda işə götürdü. Hazırda, olduqca güclü elmi mühit formalaşmış Tarix İnstitutunda çalışıram”.

S.Hüseynov qeyd edir ki, həyat yoldaşı Gülüstan İsayeva isə Yasamal rayon məhkəməsinə müraciət edərək, qanunsuz işdən azad edilməsinin mübahisələndirilməsini istəyib. “Məhkəmə qərarı ilə ona atılan şər-böhtanların yalan olması aydın oldu və onun işə bərpa olunması barəsində qətnamə verildi. Bu, qarşı tərəfi daha da özündən çıxardı və bizə bu yoldan geri çəkilməyi bildirdilər. Əgər Gülüstan İsayeva instituta geri dönərsə, hər ikimizi həbs etdirəcəkləri ilə hədələdilər. Lakin biz haqlı olduğumuzu bildiyimiz üçün geri çəkilmədik. Bir müddət sonra hər ikimiz haqqında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimova və yeni baş direktoru Abbas Seyidov, onun elmi katibi Akif Quliyev hər ikimizdən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə guya mənim "yeyintilər" etməyimlə bağlı şikayət etdilər. Özü də bunu istər maliyyəyə və istərsə də istənilən işə cavabdeh sabiq direktor edirdi. Mən isə sadəcə elmdə ən aşağı iki pillədən ikincisi olan elmi işçi idim. Yoxlama vaxtilə bu insanların neçə illər institutu dağıtmasını sübut etmişdi. Bir müddət sonra biz də korrupsiya idarəsinə çağırıldıq. Bizə bildirildi ki, artıq nəinki mən, hətta həyat yoldaşım haqqında "fakta görə cinayət işi" açılıb. Həmin dövrdə apardığım araşdırmaya da başım qarışmışdı. Müstəntiq isə tez-tez sorğuya çağırırdı. Lakin araşdırmamı başa çatdırmalı idim. Bu, "İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi üzrə araşdırma" idi. Bu araşdırma mənə qarşı aparılan şər-böhtan fonunda hazırlansa da, olduqca uğurlu alındı. Özü də, AMEA rəhbərliyi də daxil olmaqla, Arxeologiya , Etnoqrafiya və Antropologiya institutunun baş direktoru da mənim bu araşdırmanı apardığımı bilə-bilə, mənimlə bu mübarizəni aparırdılar. Araşdırma uğurlu alındı. Gülüstan sarayında 2022-ci ilin iyul ayının 5-də bütün mətbuat nümayəndələrinin iştirakı ilə ictimaiyyətə təqdim edildi. Ssenari müəllifi olduğum eyni adlı sənədli film də ictimaiyyətə təqdim edildi. Araşdırma sübut etdi ki, İrəvanda hələ də Azərbaycan xalqına məxsus böyük abidələr kompleksi qalır. Araşdırma sübut etdi ki, İranın İrəvanda özününküləşdirməyə cəhd etdiyi Göy məscidimizə istər hüquqi, istərsə də tarixi baxımdan heç bir səlahiyyəti yoxdur. Bütün araşdırma Türkiyə, Rusiya, ABŞ, Ermənistan və Gürcüstan arxivlərində saxlanılan sənədlərə istinadla hazırlanmışdı. Bu tədqiqatdan sonra məndən kütləvi şəkildə şikayətlər edənlərə də yuxarıda adlarını çəkdiyim qüvvələr rəhbərlik edirdi. Hazırda Qərbi Azərbaycanla bağlı böyük tədqiqat işi üzərində çalışmaqdayam. Bu, ermənilər tərəfindən Qərbi Azərbaycanda XXI əsrdə dağıdılmış yüzlərlə qəbiristanlıqların müasir texnoloji metodlarla müəyyən edilməsidir. Tədqiqata 450-dən çox sovet dövrünün xəritələri və arxivlərdə olan 700-dən çox peyk görüntüləri də cəlb olunmuşdur. Bu xəritələrin böyük əksəriyyəti ABŞ arxivlərində yerləşir və ilk dəfə tədqiqata cəlb edilir. Apardığım tədqiqat metodları Azərbaycan Arxeologiyasında bir ilk olsa da, bunu qəbul etmək istəməyən elə həmin institutun rəhbərliyidir. Belə başa düşürəm ki, bu araşdırmama mane olmağa müyəssər olacaqlar. Hələ də mənə aydın deyil ki, gördüyüm işlərin dövlətimiz və xalqımız üçün önəmli olduğunu bilə-bilə, bu "alimlər" nə üçün mənə maneələr törədir. Haqqımızda şikayətçi olanların özləri haqqında tutarlı faktları Baş prokurorluğa təqdim etsək də, biz özümüz də həmin insanlardan şikayət versək də, heç bir cinayət işi başlanmadı. Onlar haqqında heç bir ölçü götürülmədi. Artıq mənə və həyat yoldaşım Gülüstan İsayevaya qarşı qaldırılan "fakta görə cinayət işi" də yekunlaşmaq üzrədir.  Görünən odur ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun həm sabiq direktoru Maisə Rəhimova, həm də indiki baş direktoru Abbas Seyidovun şikayəti ilə başlanan bu iş mənim həbsimlə yekunlaşacaq. Yoldaşımla bağlı məhkəmə qətnaməsini də artıq Bakı Şəhəri Apelyasiya Məhkəməsinə verərək hansısa yollarla ləğv edilməsinə nail olmuşdular. Maraqlısı bu idi ki, məhkəmə mənə aid olmasa da, hakim mənim haqqımda qarşı tərəfin şər-böhtanlarını əsas götürmüşdü. Hər yerdə bu adamları dəstəkləyən insanlar mövcuddur. Hazırda, Gülüstan İsayeva tərəfindən Kassasiya şikayəti də verilmişdir.

Açıq məktubla Sizə müraciət etməyimin səbəbi Sizin həlledici söz sahibi olduğunuza bəslədiyim böyük inamdır. Elə bu inam da birbaşa Sizə bu məktubu yazmağa təkan verdi. Xahiş edirəm, bizə qarşı aparılan bu işi nəzarətə götürəsiniz, ciddi və ədalətli araşdırma aparılmasına göstəriş verəsiniz. Xahiş edirəm ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda korrupsiya maşınına, sisteminə rəhbərlik etmiş və edən hər kəs məsuliyyətə cəlb edilsin” - deyə S.Hüseynov Prezidentə və Birinci vitse-prezidentə ünvanladığı açıq məktubda vurğulayır.

  • İnstitutut: “Səbuhi  Hüseynov öz ərizəsi ilə işdən azad olunub, Gülüstan  İsayeva isə yeni baş direktor gəlməzdən əvvəl işdən çıxarılıb”

S.Hüseynovun sözügedən müraciətini çap etməmişdən əvvəl onun səsləndirdiyi fikirlərlə bağlı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun da mövqeyini öyrəndik.

İnstitutdan “Bakı-Xəbər”ə bildirildi ki, bununla bağlı hazırda məhkəmə prosesi getdiyi üçün geniş açıqlama vermək istəmirlər: “Səbuhi  Hüseynov öz ərizəsi ilə işdən azad olunub, Gülüstan  İsayeva isə yeni baş direktor gəlməzdən əvvəl işdən çıxarılıb. Gülüstan İsayeva və Səbuhi Hüseynovun əməlləri prokurorluq və məhkəmədə araşdırıldığı üçün əlavə söz deyə bilmərik”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ