07/02/2023 02:12
728 x 90

Şagirdlər üçün ailə dəyərləri ilə bağlı maarifləndirici tədbir keçirildi - FOTO

img

"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin və Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdləri üçün ailə dəyərləri və milli-mənəvi dəyərlərə həsr edilmiş tədbir keçirilib.

“İctimai Birliyin üç aydır Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür" adlı layihəsi 1 dekabr tarixində yekunlaşsa da, layihənin davamlılığı təmin edilir. Çünki, "ailə dəyərləri" mövzusu sadəcə dünənin, bugünün deyil, hər günün ən aktual mövzusudur və bu mövzuda davamlı olaraq maarifləndirmə tədbirlərinə ciddi ehtiyac var.”  Bu sözləri birliyin sədri Lamiyə İsazadə deyib. O, eyni zamanda iştirakçılara qeyd olunan məsələlərlə bağlı məlumat verib və qeyd edib ki, layihə çərçivəsində tədbirlər başa çatsa da mövzu ilə bağlı ictimai marağı nəzərə alaraq təşkilat öz imkanları hesabına müzakirə və maarifləndirməni davam etdirir. Birlik rəhbəri daha sonra Azərbaycan dövlətinin ailə institutunun möhkəmlənməsinə yönəlik siyasətindən danışaraq təqdirini dilə gətirib, Azərbaycan dövləti, başda Prezident İlham Əliyev olmaqla bu sahədə müasir tələblərə cavab verən siyasətindən danışıb.
Xəbərdə qeyd olunur ki, tədbirin açılışında çıxış edən məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət Azərbaycan ailə modeli, onun önəmi və yetişməkdə olan nəslin bu dəyərləri mənimsəməsi ilə bağlı fikirlərini bildirib. O, özəlliklə də uşaqların həm ailə içində, həm cəmiyyətdə, həm də ayrıca götürdükdə məktəbdə davranışlarının formalaşmasında böyüklərin rolundan danışıb. Direktor qeyd edib ki, hər bir uşağın davranışları ilkin olaraq öz ailəsinin içində formalaşsa da sonradan bu, daha çox məktəbdə inkişaf etdirilir.
Tədbirdə iştirak edən BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət də uşaqlarla öz fikirlərini və təcrübəsini paylaşıb. Daha çox şəxsi təcrübə və qabaqcıl vərdişlərə müraciət edən natiq öz çıxışını şagirdlərdə motivasiyanın yaradılmasına yönəlik qurub. O, ayrı-ayrı misallarla ailə modeli, ailənin uşağın yetişməsində rolu, müxtəlif səbəblərdən uşaqların bəzən yaşadıqları sıxıntılarla bağlı maraqlı fikirlər səsləndirib. Azər Həsrət bildirib ki, istənilən halda uşaqlar bədbinliyə deyil, nikbinliyə köklənməli, qarşılarına çıxan əngəlləri fürsətə çevirərək daha irəli getməyə can atmalıdır.
Sonda məktəbin direktoru Almaz Həsrət uşaqlarla oyun quraraq müxtəlif ailə modellərinin nümayişini təşkil edib. O, uşaqları da cəlb edərək istənilən ailənin nəticə etibarı ilə uşağın yetişməsinə əngəl olmaması vacibliyini örnəklərlə göstərib.

Peşə etikası

Son xəbərlər