07/02/2023 03:10
728 x 90

Rauf İlyasoğlunun “Culfa şəhidləri” kitabı çap olunub...

img

Hər bir jurnalist, yazar istəyir ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullları barədə kitab yazsın. Əlbəttə, bu, qələm adamlarının boynuna düşən ən müqəddəs missiyadadır. Azərbaycanın elə bölgəsi yoxdur ki, o bölgənin şəhidləri olmasın.

Vətənin dar günündə qılınc tək qınından çıxıb düşmənə od püskürən Vətən oğullarının hərəsi bir qəhrəmandır. Azərbaycanın suverenliyi, üçrəngli bayrağı, müqəddəs torpağı uğurunda Culfa rayonu da şəhidlər verib. Həm Birinci Qarabağ Müharibəsində, həm də İkinci Qarabağ Müharibəsində, daha dəqiq desək, Vətən savaşında  Culfanın qəhrəman oğulları silaha sarılıb düşmənə qan uddurublar. Culfa şəhidlərinin adını, ünvanını, qəhrəmanlığını həmkarımız Rauf İlyasoğlunun “Culfa şəhidləri” kitabında əks etdirib. Kitabın diqqətçəkən cəhətlərindən biri odur ki, burada həm Birinci Qarabağ Müharibəsində, həm də İkinci Qarabağ Müharibəsində şəhid olan Vətən oğullarından bəhs olunur. Eyni zamanda kitabda qəhrəman qazimiz kapitan Qəzənfər Kərimoğlu Bağırlının şanlı, şərəfli döyüş yolundan da danışılır.

Müəllif R.İlyasoğlu kitaba yazdığı ön sözdə qeyd edir: “Haqqında söhbət açmaq istədiyim “Culfa şəhidləri” kitabı Azərbaycanın ən gözəl məkanı olan Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda doğulmuş və Birinci Qarabağ müharibəsində Şəhid olmuş, eləcə də 30 il erməni işğalında inləyən torpağımızı yağı tapdağından azad etmiş, 19 nəfər gülüzlü, nurlu gənc Vətən fədailərinə həsr olunmuşdur”.

2022-ci ildə “İmza” nəşrlər evində çap olunan “Culfa şəhidləri” kitabının redaktoru araşdırmaçı-jurnalist Vüqar Həsənov, məsləhətçisi isə I qrup Qarabağ qazisi, ilahiyyatçı Hacı Həsən Hüseynidir.

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər