05/02/2023 15:54
728 x 90

“Tesla” şirkətində çalışan BMU məzunu ilə görüş keçirilib - FOTO

img

Bakı Mühəndislik Universitetində (BMU) "Məzunlarımız haradadır?" adlı layihə çərçivəsində ilk görüş keçirilib.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin xəbərinə görə, görüşdə BMU-nun Mühəndislik fakültəsinin Kimya mühəndisliyi ixtisasının tələbəsi Ləman Qasımova tədbirin mahiyyətindən söz açıb. Qeyd edib ki, BMU tələbələri tərəfindən yeni yaradılan “Society of Chemical Engineers”in məqsədi bu sahədə ixtisaslaşan köhnə məzunlarla tələbələri bir araya gətirmək, onların ideya, fikir və hədəflərinin reallaşması üçün motivasiya rolunu oynamaqdır. L.Qasımova bu məqsədlə reallaşdırılan layihənin ilk qonağının Mühəndislik fakültəsinin Kimya mühəndisliyi ixtisasının məzunu, hazırda “Tesla” şirkətində çalışan Paşa Feyzullayev  olduğunu diqqətə çatdırıb.

Sonra tələbələr qarşısında çıxış edən P. Feyzullayev 2013-cü ildə 660 balla Kimya mühəndisliyi ixtisasına daxil olduğu müddətdən indiyə qədər qət etdiyi yolda qarşılaşdığı çətinliklər, bu çətinliklərə qarşı əzmlə irəliləyərək, təhsil və iş sahəsində qazandığı uğurlu təcrübələrini bölüşüb. Qonaq SOCAR və FAB şirkətlərində təcrübəsi, BMU-da “Yaşıl kimyaçılar” klubunun rəhbəri kimi fəaliyyəti, Böyük Britaniyanın Bakıda keçirilən “FameLab” elmi layihəsində iştirakı zamanı yaddaqalan xatirələrindən söz açıb.

Tələbələri maraqlı layihə və tədbirlərdə yaxından iştirak etməyə, hər zaman fəal olmağa çağıran P. Feyzullayev bu münasibətlərin hər kəsə yeni dostluqlar, komandada işləmək bacarığı kimi müsbət fərdi keyfiyyətlər qazandırdığını bildirib və onları çətinliklər qarşısında ruhdan düşməməyi, inamlı olmağı tövsiyə edib. 

Tələbələri maraqlandran sualların cavablandırılması ilə davam edən görüşün sonunda qonağa BMU adından P.Feyzullayvea hədiyyə təqdim olunub.

Qeyd edək ki, P.Feyzullayev 2022-ci ilin iyul ayın etibarən dünyanın ən məşhur şirkətlərindən olan “Tesla”da Material laboratoriyasında işə başlayıb və dissertasiya işini də “Tesla”da həyata keçirmək təklifi alıb.

Peşə etikası

Son xəbərlər