çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Xaricdən əldə dərman gətirilməsi üzərində qadağalar deputatları ayağa qaldırdı...

Image


Ölkəmizdə dərmanların qiymətləri həddən artıq bahadır. Bu baxımdan əksər insanlar xaricdən gələn dostuna-tanışından, qohumundan xahiş edir ki, ona lazım olan dərmanları alıb gətirsin. Əvvəllər əldə dərman gətirməyə bir söz deyilməsə və insanlar onlardan xahiş edilən dərmanları sərbəst şəkildə gətirsələr də, son zamanlar yalnız bir dərmanın gətirilməsinə icazə verilir.

Sözsüz ki, bu da insanlar arasında narazılıq yaradır. Bizim apteklərdə odu bahasına olan dərmanların qardaş Türkiyədə və başqa ölkələrdə su qiymətinə olması insanlarımıza imkan yaradırdı ki, müəyyən vasitələrlə o ölkələrdən dərman əldə etsinlər, amma göründüyü kimi, bu sahədə ciddi problem yaranıb. Cəmiyyəti ciddi narahat edən bu problem artıq parlamentə də daşınıb və deputatlar da bu məsələyə reaksiya veriblər...  Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov və deputat Razi Nurullayev çıxış edərək problemi qabardıblar.

R.Mahmudov qeyd edib ki, son zamanlarda ölkəmizdə bəzi dərman vasitələrinin tapılmaması halları artıb. “Niyə bir vətəndaş bir qutudan artıq dərman gətirə bilməz?”

Deputat bunun həm pasiyentlər, həm də həkimlər üçün çətinliklər yaratdığını qeyd edib. “Problemin həlli üçün əvvalcə səbəbləri dəqiqləşdirmək lazımdır. Görünən 3 səbəb var. Bunlardan 2-si beynəlxalq, 1-i isə ölkədaxili səbəbdir. Hər kəs problemin ciddiliyini anlayır, amma həllini tapmır. Pandemiyanın dünya iqtisadiyyatı üçün yaratmış olduğu sıxıntılar bu gün də hiss olunur. Dünya iqtisadiyyatında istehsal azalıb, logistika xərcləri çox artıb. Beləliklə, dünyada qiymət artımı və əlçatanlıq çətinləşib. Digər səbəb isə Ukrayna-Rusiya müharibəsidir, bu, həmin ölkələrdən dərman idxalına mane olur. Bu gün dərman qiymətləri gün keçdikcə yüksəlməkdədir. Ölkəmizdə dərmanların keyfiyyətini və kəmiyyətini tənzimləyəcək qurumlar Tarif Şurası və Səhiyyə Nazirliyidir. Bu gün dünyada gedən reallığa cavab verən mexanizm ölkəmizdə yoxdur. Ölkədə həyata keçirilən səhiyyə islahatları dərmanlarla bağlı yeni mexanizm yaradılmasını zəruri edir"-deyə R.Mahmudov qeyd edib.

Deputat Razi Nurullayev  isə bildirib ki, ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatları alıb gətirir: “Quru sərhədləri bağlıdır, yalnız hava yolu ilə mümkündür. Niyə bir vətəndaş bir qutudan artıq dərman gətirə bilməz? Vətəndaşın ömürlük, yaxud 3 aylıq, bir illik atacağı dərmanlar var. O vətəndaş digər ölkələrdən gələndə bir neçə aylıq dərmanını alır və düz də edir. Çünki vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizim apteklərdə bəzən 5-7 dəfə baha olur. İnsan bahalığa görə o dərmanları ala bilmir, bir neçə il ömrü qısalır. Bu, ürəkağrıdıcı mənzərədir. İki yol var. Ya biz dərmanların qiymətini elə tənzimləməliyik ki, fərq bir dəfə olsun, ya da insanların şəxsi istifadəsi üçün gətirdiyi dərmanların sərhədlərdə yoxlamaya məruz qalaraq müsadirə edilməsinin qarşısını alaq. İnsan xəstə olduğunu və o dərmanlara ehtiyacı olduğunu belə göstərən zaman güzəşt edilmir. Mən aidiyyəti qurumun əməkdaşlarını qınamıram. Onlar vəzifə borclarını yerinə yetirir. Bu məsələ hökumətlə ciddi müzakirə edilməli və həll yolu qısa zamanda tapılmalıdır”.

Əldə dərman gətirilməsinə məhdudiyyətlərin qoyulmasını narazılıqla qarşılayan hər iki deputat bu vacib məsələni parlamentdə ictimailəşdiriblər.

  • “Dərman istehsalı, idxalı, satışı dövlətin balansına keçirilməlidir”

Altay Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dərman bazarındakı biabırçılıqlar çox uzun illərdir ki, mövcuddur: “Bu problem mətbuatda da, parlamentdə də qaldırılır, sərt tənqid edilir, amma bu sahədə heç bir dəyişiklik də olmur, məsələ tənzimlənmir. Bizim apteklərə dərmanlar istehsal edildiyi ölkədəki qiymətlərdən 5-10 dəfə baha qiymətə gəlir. Bu o deməkdir ki, çox güman dərman idxalçıları Səhiyyə Naizrliyinin razılığı ilə burada böyük bir biznes şəbəkəsi qurublar. Halbuki, tibbi xidmət biznes xarakterli olmamalıdır. Bu, xalqın sağlamlığı, sosial həyatı, milli genofondu, həyatı ilə bağlı bir məsələdir. Gətirib 10 qat baha qiymətə dərman satmaq çox mənfi haldır. İnsanların əldə dərman gətirməsinin qadağan edilməsi birbaşa dərman bazarındakı monopoliyaya xidmət edir. Bu bəzi şəxslərin, bəzi şirkətlərin, idxalçıların mənafeyinə xidmət edir. Halbuki, insanlar hazırkı əməkhaqqı, pensiya ilə həmin dərmanları bizim apteklərdən ala bilmirlər. Bu ağır bir sosial vəziyyətə gətirib çıxarır, insanların sağlamlığına ziyan vurur, orta ömür həddini azaldır. Xəstə insanlar dərman ala bilmir. Sosial şəbəkələrdə görürük ki, dərman pulu üçün necə kampaniyalar başlayırlar, küçələrdə insanlar əllərində resept gəzirlər. Dünyada belə hal yoxdur. Bu biabırçılığa son qoyulmalıdır. Belə bir siyasət aparılır ki, daha ucuz və daha effektli dərmanlar qəsdən bazara buraxılmır, insanları onların 10-20 dəfə baha analoqlarını almağa məcbur edirlər. Bununla yanaşı, həkimlərin dərman firmaları ilə işbirliyi nəticəsində, lazım oldu-olmadı, bahalı dərmanların kütləvi yazılması insanlara çox böyük problemlər yaradır”.

Bu məsələlərin tənzimlənməli olduğunu deyən E.Bayramlının sözlərinə görə, səhiyyə sistemi sosial, humanitar sahədir, iqtisadi biznes sahəsi deyil, şirkətlər bura insanların sağlamlığı üzərindən qazanc mənbəyi kimi baxmamalıdır. Bunun necə tənzimlənməsi işi ilə əlaqədar Milli Məclisdə qanuna əlavə və dəyişikliklər ediləməli olduğunu deyən E.Bayramlı hesab edir ki, dərman sektoru dövlət nəzarətində olmalıdır, firmalar buradan kənarlaşdırılmalıdır. Bu məsələni, dərman idxalını dövlət öz üzərinə götürməlidir, çünki keyfiyyətlə bağlı da problem var. Kiçik firmaların xarici ölkələrdən keyfiyyəti dəfələrlə zəif dərmanları alıb gətirib əhaliyə satdıqlarını deyən E.Bayramlı qeyd etdi ki, heç kəs də buna görə məsuliyyət daşımır, amma bu məsələ dövlət səviyyəsində tənzimlənsə daha yaxşı olar. “Dövlət dünya şirkətləri ilə müqavilıə bağlayıb o dərmanları ölkəyə idxal etsə münasib qiymətə sata bilər”-deyə E.Bayramlı qeyd etdi. Bizim özümüzdə dərman istehsalının yox vəziyyətdə olduğunu deyən E.Bayramlı qeyd etdi ki, biz idxaldan asılıyıq, bu da idxalçı şirkətlərin əlindədir. “Guya dərman tənzimlənməsi qaydaları var, amma biz yenə də dərmanların müxtəlif apteklərdə fərqli qiymətlərə satıldığını görürük. Dərman istehsalı, idxalı, satışı dövlətin balansına keçirilməlidir. Dövlət bu işlə məşğul olmalıdır”-deyə E.Bayramlı vurğuladı.

E.Bayramlı deyir ki, bunlar olmasa, bu sahədə daha ciddi problemlər baş verəcək və vəziyyət daha da acınacaqlı olacaq.   

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ