Lerikdə maarifləndirici tədbir

Bu günlərdə Lerik rayonu, Cəngəmiran kənd tam orta məktəbində Lerik rayon Gənclər və İdman İdarəsi, Lerik rayon Polis şöbəsi və Lənkəran - Astara Regional Təhsil İdarəsi Lerik rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı sayəsində gənclər arasında sağlam həyat tərzi, narkomaniya və erkən nikahlara qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə Lerik rayon Polis Şöbəsinin rəis müavini, polis-polkovnik leytenantı Müşfiq Eyvazov, Lerik rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Orxan Abbaszadə, təhsil sektorunun məsul işçisi Hüseynbala Əliyev, Cəngəmiran kənd tam orta məktəbinin müəllim və şagirdləri, eləcə kənd diyarşünaslıq evinin əməkdaşları və valideynlər iştirak ediblər. Tədbirdə bəşəri bəla olan narkomaniyanın ağır fəsadlardan, onunla mübarizənin, mübarizə metodu kimi maarifləndirmə işinin vacibliyindən söz açılıbdır. Həmçinin erkən nikah mövzusuna toxunan məruzəçilər bu hallın mənfi cəhətlərdən, gənc ailələrdə yaratdığı problemlərdən danışıblar.
Axırda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü