Əhməd Cavada həsr olunmuş seminar keçirildi – Lənkəranda...

Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecində keçirilən növbəti elmi seminar Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə bağlı idi. Əhməd Cavadın Azərbaycan xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutmasını deyən çıxışçılar həm də bildiriblər ki, o, milli tariximizin ən parlaq səhifəsi olan 1919-cu ildə müstəqil dövlətimizin himnini – Azərbaycan marşını yazır. Şairin Azərbaycan bayrağına ithaf etdiyi şer də onun üçrəngli, ay-ulduzlu bayrağımıza böyük sevgisinin bədii ifadəsidir. Azərbaycan var olduqca, bu yer onun olacaq.
Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edən video-çarxın nümayiş ilə seminar tamamlanıb.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü