çərşənbə axşamı günü, 15 sentyabr 2026
     

Dəllək, bənna vergi verir, milyonlar qazanan tibb müəssisələri vergidən yayınır - deputat etiraz etdi...

Image


“Ölkəmizdə hazırda fəaliyyət göstərən tibb müəssisələri arasında bərabərlik təmin edilmir”. Trend-in məlumatına görə, bunu deputat Rəşad Mahmudov Milli Məclisin iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsinin müzakirəsi zaman deyib.

Onun sözlərinə görə, tibb müəssisələri ölkəmizdə hazırda bir neçə formada fəaliyyət göstərir:

“TƏBİB-in nəzdində olan xəstəxanalar və tibb müəssisələri, Səhiyyə Nazirliyinin tərkibində olan Tibb Universiteti də daxil olmaqla, institutlar, özəl xəstəxanalar, bununla yanaşı fərqli-fərqli nazirliklər nəzdində olan tibb müəssisələri var. Qanunvericilikdə olan dəyişikliklərə əsasən, ƏDV-lər arasında ciddi fərqlər var. Bir qurum ƏDV-ni 1 % həcmində ödəyir, bir qurum özəl təşkilat kimi mənfəət vergisindən azaddır. Arada 1 %-dən 38 %-ə qədər dəyişən ciddi fərqlər əmələ gəlir. Bu fərqlər ölkədə bu gün görülən işə ciddi maneələr yaradır. Bu, dövlət-özəl tərəfdaşlığına əngəldir. Ona görə mən çox xahiş edirəm ki, bu fərqləri aidiyyəti qurumlar aradan qaldırsın, bu məsələnin həll yolları tapılmalıdır. Ölkənin müvafiq orqanı tərəfindən səlahiyyət verilən bütün qurumlar eyni fəaliyyətlə məşğul olursa, onlara tibb müəssisəsi adı altında qiymət verilsin”.

Deputat olduqca ciddi məsələni qabardıb. Bu halda sual yaranır, neçə ola bilər ki, gəlir əldə edən tibb müəssisələrində ƏDV-lər arasında 1 %-dən 38 %-ə qədər dəyişən ciddi fərqlər mövcud olsun?

Axşama qədər tibb müəssisələri, özəl klinikalar camaatın cibini soyurlar, milyardlarla vəsait əldə edirlər, amma bunların bir qismi vergidən azaddır, ya da ki, cüzi miqdarda vergi ödəyir.

Ölkədə bütün peşə və sənət sahibləri restoranda ofisantdan, qabyuyandan tutmuş müğənniyə, bənnaya, dəlləyə, taksi sürücüsünə qədər hər kəs vergi verir, amma bəzi tibb müəssisələri vergi vermir, ya da çox az vergi verir. Məsələ burasındadır ki, tibb müəssisələri ölkəmizdə ən çox gəlir əldə edən müəssisələrdir. Bu müəssiələrdə analizlərin, adi yoxlanmanın, həkim qəbulunun qiymətini hesabladıqda adam dəhşətə gəlir. Bilirik ki, bizim tibb müəssisələrində xidmət haqqı kifayət qədər bahadır. 50-60 manatdan ucuz həkim qəbulu yoxdur, ən zəif klinikalarda belə həkim qəbulu çox bahadır. Analizlər də ki, odu bahasına. Bunu hər kəs bilir. Bu halda özəl tibb müəssisələrinin bəzilərinin çox aşağı faizilə ƏDV ödəməsi və mənfəət vergisi ödəməməsi diqqəti çəkməyə bilmir. 

ƏDV və mənfəət vergisinin 1-dən tutmuş 38 faizədək fərqlə tutulmasının səbəbinə aydınlıq gətirilməsi üçün Vergilər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, millət vəkilinin səsləndirdiyi rəqəmlər şübhə doğurur və onun araşdırımasına ehtiyac var. Nazirlikdən bu rəqəmlərin araşdırılacağı və sorğumuza cavab veriləcəyi bildirildi.

Bəs görək ekspertlər bu fərqi nə ilə izah edir? Necə ola bilər ki, qanunla bu qədər fərq təsbit edilsin?

  • Aydın Quliyev: “Tibb müəssisəsi mənfəət vergisindən necə və niyə azad edilməlidir?”

Qeyd edək ki, “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazdığı “Hörmətli Rəşad Mahmudov, indi deputat çağırışına baxan kimdir?!” statusunda deputatın açıqlamasına maraqlı yanaşma sərgiləyib.

“...Bir neçə gün əvvəl Milli Məclisdə deputat Rəşad Mahmudovun bir çıxışı barədə rastıma xəbər çıxdı. Deputatın dediyi budur ki, tibb müəssisələrindən ƏDV və mənfəət vergisi 1-dən tutmuş 38 faizədək fərqlə tutulur. Nə qədər həqiqətdir, bilmirəm. Ancaq doğrudursa, böyük və həm də əcaib problemdir.

Tibb müəssisəsi mənfəət vergisindən necə və niyə azad edilməlidir? O hansı tibb müəssisəsidir ki, cəmi 1 faiz ƏDV ödəyir? Bu nə ayrı-seçkilikdir?

Rəhbərlik etdiyim “Bakı-Xəbər” qəzeti olaraq kollektivlə birgə hər ay 3 min manatdan çox məcburi sığorta və vergi ödəyirik. Bu bir qəzetdir, mənfəətlə işləmir, ancaq ödənişlər yerindədir.

Bəs tibb müəssisələri niyə ödəmir? TƏBİB-in, Səhiyyə Nazirliyinin, başqa nazirliklərin tibb müəssisələri və özəl klinikalar olmaqla ölkədə azı 4 seqment üzrə tibb ocaqları var. Hamısında da, maşallah, pullu xidmətlər tüğyan edir. Mərkəzi Klinik Cərrahiyyəyə tək giriş 25 manat, portala düşmək və bir gün sonra nəticə almaq şərtilə COVİD testinin qiyməti 90 manatdır. Halbuki, həmin test "Buta" klinikada həm də bir saat sonra nəticə vermək şərti ilə cəmi 40 manatdır. Fərqlərə baxın...

Dəllək, müğənni, taksi sürücüsü, az qala küçə muzıkantlarının da vergiyə cəlb olunduğu vaxtda "qaz vurub qazan dolduran" tibb müəssisələrini kim, niyə vergidən azad edib və ya "seqreqasiyalı vergiyə" cəlb edib? (biri 1, digəri 5 manat).

Millət vəkili, həm də böyük bir tibb müəssisəsinə rəhbərlik edən həkim-professor bunu deyirsə, deməli problem öz ağırlığı və kəskinliyi ilə ortadadır.

Bilmirəm, bəlkə qanunda fərqli məbləğlərdə vergi ödənişi arqumentlərlə əsaslandırılıb. Belədirsə, qanunları yazan məşhur millət vəkili və təbib-professor bunu niyə bilmir?

Ancaq hörmətli Rəşad Mahmudovun sonda kimlərəsə xitabən "xahiş edirəm, bu fərqlər aradan qaldırılsın" kimi müraciətinə tam haqq verə bilmədim. Çünki hörmətli professor, millət vəkili olaraq məsələyə daha təsirli səlahiyyətləri və rıçaqları olduğu halda, zəif çağırış yolu tutur.

Çağırışa baxan kimdir? Həm də millət vəkillərinin çağırışlarına heç kimin məhəl qoymadığını dəfələrlə elə millət vəkillərinin öz dillərindən eşitməmişik?!..”

Ekspertlər bildirir ki, bu məsələ çox aktualdır və doğrudan da ciddi fərqlər mövcuddur.

  • Akif Nəsirli: “Fərqin qoyulması düzgün deyil, hamısı eyni qaydada mənfəət vergisi ödəməlidir”

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, millət vəkilinin qaldırdığı problem çox aktualdır, o tamamilə reallıqdan çıxış edib. “Əslində, cənab deputat əsaslı, köklü məsələyə toxunub. Amma məsələ burasındadır ki, TƏBİB-ə, Səhiyyə Nazirliyinə aid olan  bir çox dövlət tibb müəssisələri, dövlət xəstəxanaları dövlət təmiantında olduğuna, bəziləri sığorta hesabına maliyyələşdirildiyinə görə həmin müəssisələrin  ƏDV-si 1 faizə endirilib. Yəni bir tərəfdən dövlət tibb müəssisələrinə büdcədən vəsait verir, xərclərini ödəyir, digər tərəfdən ondan ƏDV kimi, tutaq ki, 18 faiz vergi alır, bu bir az məntiqsiz çıxır. Ona görə də həmin o müəssisələrin əlavə dəyər vergisini 1 faizə qədər endiriblər. Digər tərəfdən, özəl tibb müəssisələri var ki, onlardan hansının dövriyyəsi aşağıdır, kiçik və orta sahibkar sinfinə, qrupuna daxildir, onlar 18 faiz ƏDV verir, amma mənfəət vergisi vermir, mənfəət vergisindən azaddırlar. Tutaq ki, dövriyyəsi daha çox olan və ƏDV ödəyən iri özəl tibb müəssisələri 18 faiz ƏDV, 20 faizə yaxın isə mənfəət vergisi verməli olurlar. Ona görə də qruplar arasında fəqr var. Mən də onun tərəfdarıyam ki, tibb müəssisəsidirsə, eyni işlə məşğul olurlarsa, bunlar kateqoriyalara bölünsə də uzaqbaşı iki kateqoriyaya bölünməlidirlər: sadələşdirilmiş vergi sistemi ilə işləyənlər, dövriyyəsi az olanlar, bir də ƏDV-yə cəlb olunanlar, geniş dövriyyəyə sahib olan tibb müəssisələri”. Ekspertin fikirlərindən belə nəticəyə gəlmək olar ki, tibb müəssisələrinin ƏDV və mənfəətdən  vergi tutulmasına uyğun olaraq kateqoriyalara bölünməsi  məntiqsizdir və hər bir tibb müəssisəsi mənfəət vergisi ödəməlidir. Ekspertə görə, belə olduğu halda belə çıxır ki, dövlətin maliyyələşdirdiyi tibb müəssisələrində işləyən əməkdaşların maaşlarından sığorta da tutulmasın, amma tutulur: “Sığorta tutulursa əlavə dəyər vergisi məsələsində də dövlət, özəl, yaxud kiçik və orta sahibkarlıq müəssisələrinə də münasibət eyni qaydada olmalıdır. Fərqin qoyulması düzgün deyil, hamısı eyni qaydada mənfəət vergisi ödəməlidir”.

Sadəcə, onlar mikro, kiçik, orta və iri  sahibkarlıq subyektləri kimi kateqoriyalara bölünə bilər deyən ekspertin  fikrincə, bu da dövriyyəsinə görə edilə bilər. “Onların başqa prizmadan kateqoriyalara bölünməsi doğru olmazdı. Tutaq ki,  nazirliklərin tərkibində fəaliyyət göstərən tibb müəssisəsi nəyə görə dövlət büdcəsinə 18 faiz ƏDV ödəməsin? Hər halda, o nazirliyə aid olan vəsaitdən o tibb müəssisəsi maliyyələşdirilir. Tibb müəssisəsi maliyyələşdirilirsə, deməli ƏDV-yə cəlb edilməlidir. Hesab edirəm ki, deputatın qaldırdığı məsələ əsaslıdır. Onu da qeyd edim ki, tibb müəssisələrinin kateqoriyalara bölünməsi yalnız dövriyyəsinə görə olmalıdır. Başqa bir prizmadan tibb sahəsində çalışan sahibkarların və dövlət müəssisələrinin kateqoriyalara bölünməsi doğru deyil, hamısına münasibət eyni olmalıdır, fərq aradan qaldırılmalıdır”-deyə A.Nəsirli qeyd etdi.

Göründüyü kimi, sözügedən məsələ özəl və dövlətdən maliyyələşən tibb müəssisələrinə münasibətlə bağlıdır. Eyni zamanda burada bəzi özəl tibb müəssisələrinin başqa özəl tibb müəssisələrindən fərqli olaraq mənfəət vergisi ödəməməsi, çox aşağı faizlə ƏDV ödəməsi məsələsi də üzə çıxır. Yəqin ki, Vergilər Nazirliyi bu məsələyə aydınlıq gətirəcək və yaranmış fərqlə bağlı açıqlama verəcək...

Leyla QARAXANLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

15.09.2026 / 09:10
Bülənt Arınc “kimin bostanına daş atdı”? - “…yerinə utandım”…

15.09.2026 / 08:48
Rusiya Ermənistana qaz nəqlini 11 günlüyə dayandırır - təmir, ya nəbz yoxlanışı?

15.09.2026 / 08:25
Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə kövbəti köç karvanı yola salındı

15.09.2026 / 08:10
Bu gün Azərbaycanda Bilik günüdür

15.09.2026 / 08:09
Öcalana villa tikilib - kim, kimin pulu ilə?.. İnanılmaz…

15.09.2026 / 07:40
Binali Yıldırımın başında “qara buludlar” dolaşır? - Ailə sərvət təlaşında…

15.09.2026 / 07:14
Litva səmasında PUA həyəcanı - yardıma NATO qüvvələri gəldi

15.09.2026 / 06:50
Putinin dostundan Trampın oğluna maraqlı toy hədiyyəsi - Baham adalarında “iki inanılmaz şənlik gecəsi”…

15.09.2026 / 06:42
Trampın oğlu Gürcüstanda 2 milyardlıq yaşayış kompleksi tikəcək - təkcə “Trump Tower” 200 milyon…

14.09.2026 / 23:45
Şotlandiya, Uels və Şimali İrlandiya arasında tarixi razılaşma - Britaniyanın parçalanmasına doğru ilk addım atıldı…

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

14.09.2026 / 20:47
ABŞ-da seçki Zəngəzur və 907 məsələsinə təsir göstərə bilər...

14.09.2026 / 20:40
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirdi

14.09.2026 / 20:35
ABŞ-da dizelin qiymət rekord həddə çatdı, Tramp hərəkətə keçdi - Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırdı…

14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir - FOTO

14.09.2026 / 20:23
Hikmət Hacıyevin Qarabağda diplomatik korpusa göstərdiyi saxta kitabların sirri...

14.09.2026 / 20:11
Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

14.09.2026 / 19:58
Tramp Putinə görə Zelenskiyə elçi düşüb...

14.09.2026 / 19:47
Prezident 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

14.09.2026 / 19:35
Qarabağda ilk dəfə olmuş Aİ xüsusi elçisi İrəvana mesajlar aparır...

14.09.2026 / 19:21
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edildi

14.09.2026 / 19:14
Rusiya “qışın oğlan çağında” Ermənistanın qazını kəsəcək, ardınca da Ukrayna ssenarisini işə salacaq

14.09.2026 / 19:06
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

14.09.2026 / 18:58
Lizinq təşkilatlarına yeni qayda kəsildi – kimin xeyrinədir? Bundan sonra...

14.09.2026 / 18:45
Diplomatların Qarabağ səfərində İrəvanı qıcıqlandıran 3 səbəb...

14.09.2026 / 18:32
ABŞ "bir şərtlə" İrana nüvə yanacağı tədarük etməyə hazır olduğunu açıqladı…

14.09.2026 / 18:17
Prezident İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib - FOTO

14.09.2026 / 17:50
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

14.09.2026 / 17:42
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

14.09.2026 / 17:38
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 17:25
Tramp seçicilərin səsini pulla almaqda israrlıdır

14.09.2026 / 17:08
Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

14.09.2026 / 16:55
Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:39
Şagird sayı az olan kənd məktəbləri bağlanır....

14.09.2026 / 16:28
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər...

14.09.2026 / 16:22
Müəllimlərin geyim tələbləri ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 16:12
"X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq" - Nazir

14.09.2026 / 16:08
Müəllimlik ixtisaslarına qəbul balı artırılır...

14.09.2026 / 16:02
Məktəblərdə dərs saatları dəyişdirilə bilər....

14.09.2026 / 15:53
Hakan Fidan Azərbaycana gəlir...

14.09.2026 / 15:45
90 min müəllimin maaşı artrılacaq - nazir açıqladı...

14.09.2026 / 15:27
Prezidentin sosial şəbəkə hesablarında "SABAH.city" innovasiya şəhərciyinin açılışı ilə bağlı video paylaşılıb

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 15:10
Əli Əsədov AİB-in Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ