07/02/2023 12:41
728 x 90

Xaliq Faiqoğlu şirkətinin marşrut avtobusları ilə bağlı nə baş verir...

img

Bakının üstü də dolub, altı da... Xüsusən günün pik saatlarında paytaxtın bir tərəfindən digər tərəfinə getmək müşkülə çevrilib. Görünən mənzərə isə odur ki, getdikcə dərinləşən tıxac probleminə qısa müddətdə həll yolu tapılmasa, gündən-günə daralan Bakı daha yaşanmaz vəziyyətə gəlib çıxacaq.

İctimai nəqliyyatın bərbad olduğu bir ərəfədə “Xaliq Faiqoğlu” MMC xidmət göstərdiyi marşrut xətləri üzrə avtobusların əksəriyyətini xətdən çıxarıb. Adıçəkilən şirkətin daşıyıcıları xətdən çıxarması paytaxt yollarında narahatlığa səbəb olub. İnsanlar saatlarla yolda avtobusun gəlməsini gözləyir. Bu isə sərnişinlərin haqlı narazılığına səbəb olub. 

  • “Xaliq Faiqoğlu” MMC: “Həmin avtobuslar ödəniş aparatlarında yaranmış problemlər səbəbindən xidmət göstərə bilmir”

“Xaliq Faiqoğlu” MMC-dən bildirildi ki, həmin avtobuslar ödəniş aparatlarında yaranmış problemlər səbəbindən xidmət göstərə bilmir: “Hazırda avtobuslarımızda ödəniş aparatlarında yaranmış problemlər səbəbindən istismarımızda olan bütün marşrut xətləri üzrə avtobusların əksəriyyəti xidmət göstərə bilmir. Mövcud vəziyyət sərnişinlər kimi şirkətimizə də böyük maddi-mənəvi zərər vurur”.

  • Elxan Əliyev: “Yoxlanılmadan avtobus xəttə çıxarılırsa, bu kimi xoşagəlməz hallar yaşanır”

Sosial sahə üzrə ekspert Elxan Əliyev qeyd etdi ki, son zamanlar ictimai nəqliyyatda çoxlu sayda problemlər yaşanır. Daşıyıcıların nasaz vəziyyətdə yola çıxması, BakıKartda yaşanan texniki problemlər və ya avtobusların az sayda xəttə çıxarılması sərnişinlərin narazlığına səbəb olur: “Bu elə bir məsələdir ki, hər bir avtobus xətdən çıxmazdan bir gün əvvəl yoxlanılmalıdır. İstər texniki, istərsə də islək olub-olmaması araşdırılmalıdır. Yoxlanılmadan avtobus xəttə çıxarılırsa bu kimi xoşagəlməz hallar yaşanır. Nəticədə əziyyət çəkən yenə sərnişinlər olur. Sərnişindaşımanın mobilliyini təkcə avtobuslarla həll etmək mümkün deyil. Başqa vasitələr də olmalıdır”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər