çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Polis generalının Qarabağ salnaməsi... - FOTO

Image


1988-ci ildə  Kremlin xeyir-duasi ilə Xankəndidə təşkil olunan mitinqlər ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı terror hərəkatının başlanğıcı oldu. Sonrakı proseslər isə torpaqlarımızın işğalı, soydaşlarımızın öz ata-baba yurdlarından zorla deportasiyası və soyqırımlarla nəticələndi.

Sözügedən tarixdən 34 il, düz bir qərinə keçməsinə baxmayaraq, bu gün də haylar tarixi Azərbaycan torpaqlarında təxribatlara əl atır, başlarına endirilən dəmir yumruğu görməzdən gəlirlər.

“Tarix ibrət götürmək üçün ən böyük dərsdir”. Bu fikri Xankəndidə illər öncə cərəyan edən hadisələrin içində olan polis general-mayoru Kamil Məmmədov deyir. O, baş verənləri deməklə kifayətlənmir, biz oxuyaq, maariflənək, düşmənimizi tanıyaq deyə yaşadıqlarını, şahidi olduqlarını qələmə almağı da unutmayıb. Çünki deyiləndən fərqli olaraq, yazılan qalır. Biz də öz növbəmizdə qocaman generalımızın xatirələrini sizlərlə bölüşməyi vətəndaş və vəzifə borcu hesab edirik. 

Beləliklə, general-mayor Kamil Məmmədov yazır:

Qarabağ: mənim ağrım, mənim unudulmayan xatirələrim...

“Mənim üçün Qarabağda müharibə 12 fevral 1988-ci ildə başlamışdı. Həmin gün, Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırovun göstərişi ilə Qarabağa getdim. Xankəndinin erməni əhalisi mərkəzi meydanda "Miatsum! Miatsum!" (Azadlıq!) şüarları səsləndirirdilər.

Fevralın 13-də cərəyan edən hadisələr, meydandakı vəziyyət, bir sözlə, bütün bunlar yerli erməni separatist hərəkatı  və xaricdəki erməni lobbisi tərəfindən cızılan, həmçinin plan üzrə idarə olunan senarinin başlanğıcı idi. Ermənilərin yoxsulluq və hüquqlarının pozulması ilə bağlı Moskvaya ünvanladıqları “şikayət” dolu məktubların hədəfində Azərbaycan göstərilirdi. Bu barədə Azərbaycanın Daxili İşlər Nazirinin əməliyyat işi və milis üzrə müavini kimi hesabat hazırlayaraq Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin katibinə yazılı şəkildə təqdim etdim. Hadisələrin məcrasından çıxdığını görüb, iğtişaşları yatırmaq üçün Azərbaycanın mərhum daxili işlər naziri Aydın Məmmədova müraciət edərək əlavə xüsusi qüvvələr göndərilməsinin vacibliyini bildirdim. Mənim müraciətimdən iki gün sonra Konovalov Qarabağa gəldi. Vəziyyətlə yerində tanış olduqdan sonra o, Qarabağa ezam olunmuş və mənə kömək üçün respublikanın müxtəlif bölgələrindən göndərilmiş 200 nəfərə yaxın milis işçisinə (Şuşa şəhərinin kənarındakı Malıbəyli, Quşçular kəndlərində və Şuşa şəhərinə yaxın digər yaşayış məntəqələrində), silahlara və zirehli transportyorlara baxış keçirdi.

Konovalov qüvvələrimizə və imkanlarımıza bələd olandan sonra əmr verdi ki, güc tətbiq etməmək şərtilə, yalnız izahat işləri aparılmalıdır. Əks təqdirdə o bizi  hərbi məhkəmə tərəfindən mühakimə olunacağımızla hədələdi...

Ölkəmin taleyi ilə birbaşa bağlı olan belə bir duruma biganə qala bilməzdim.

Bir müddət sonra Xankəndiyə SSRİ Ali Sovetinin sədr müavini Demiçevin və SovİKP MK katibi Razumovskinin başçılığı altında nümayəndə heyəti də gəldi. Erməni separatçıları DQMV-də sosial-iqtisadi həyat səviyyəsinin aşağı olması haqqında nağıllar uydururdular. Razumovski vəziyyətlə bağlı keçirilən iclasda tribunada yan-yana dayanan Azərbaycan təmsilçilərini müdafiə etmək üçün bir söz belə demədi. Onun susqunluğu erməni yalanlarına “qol-qanad” verdi. Mən çıxılmaz vəziyyətə düşmüşdüm. Üstəlik, Azərbaycan rəhbərliyi faktiki olaraq hakimiyyət “sükanını" Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Daxili İşlər Nazirliyinin tabeliyinə vermişdi. Azərbaycanda ermənilərə verilən zülmlə bağlı yalan versiya Sovet hakimiyyəti orqanlarını qane edirdi.

Günbəgün vəziyyət daha da mürəkkəbləşir, meydana toplaşanların sayı çoxalır,  bədbin qonşularımızın aqressiyası böyük bir fəlakətin başlanğıcından xəbər verirdi.

Hər bir şey açıq-aşkar göz önündə idi. Biz Qarabağa və yaxın bölgələrə qoşunların necə cəlb edildiyini, gecə yollarda tankların və ZTR-lərin necə getdiyini, Xankəndinin necə silahlandırıldığını görürdük. Mövcud şəraitlə bağlı yazdığım raportlarıma Respublikanın birinci şəxslərindən: "Əhali arasında izahedici iş aparın. İctimai asayişi qoruyun",- cavabını alırdım.

Öyrədilmiş və təlimatlandırılmış etirazçılar Azərbaycan əleyhinə şüarlar səsləndirir, aqressiv davranır, aralarında ermənilərin çoxluq təşkil etdiyi yerli milis isə, demək olar ki, reaksiya göstərmir, əksinə, etirazçıların tərəfini tuturdu.

Bir anı heç vaxt unutmayacam: verdiyim əmri vilayətin daxili işlər idarəsinin rəisi, Azərbaycanda doğulmuş, polkovnik Armen Arminakoviç İsaqulovun erməni dilinə başqa cür tərcümə etməsi Vətənə xəyanət idi. Onun satqınlığı tabeliyimdə müxtəlif millətlərdən olan əməkdaşları da təəccübləndirmişdi. Onun belə canfəşanlığı öz bəhrəsini verdi. Sov.İKP Mərkəzi Komitəsinin nümayəndələrinin toplantısından sonra İsaqulov ermənilərin tərəfinə keçdi və ona polis general-mayoru rütbəsi verildi.

Mən 15-20 nəfərdən və əlavə xüsusi təyinatlılardan ibarət kiçik dəstəmlə bölgədəki partiya komitəsinə - yeganə Azərbaycan obyektinə hücüm edən kütlənin qarşısını alsam da, bizə güc tətbiq etməyə icazə verilmədi. Konovalov yenidən Qarabağa gələcəyini və təlimatlarının - izahat işləri aparılmasının necə yerinə yetirildiyini yoxlayacağını vəd etdi...

Bu söhbətdən sonra o, Qarabağa heç gəlmədi...

(Armen İsaqulovun əməllərinə hüquqi qiymət vermək üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Baş Prokurorluğunun birgə addım atmasını vacib hesab edirəm. Çünki aparılan araşdırmalar çox mətləbləri gün üzünə çıxaracaq).

Separatçılarla mübarizə aparmaq üçün qərargah yaratdım. Şəhərləri və kəndləri gəzir, əhalini təxribatlara uymamağa çağırırdıq. Sübh çağı erməni millətçilərinin gecə dövlət binalarına asdıqları bayraqları götürür, gündüzlər isə meydanda dayanıb Azərbaycan hökumət obyektlərinə gedən yolu bağlayırdıq. Əminliklə bildirə bilərəm ki, o günlərdə Azərbaycan milisi mübarizənin önündə idi...

Nazir müavini kimi  həmişə informasiya axınının mərkəzində olmuşam. Məlumatlar, xəbərlər, müraciətlər, hətta ən ağılagəlməz şaiyələr - bu ciddi və həyəcanlı nişanlar siyasi optimizmə əsas vermirdi.

Məlumat aldım ki, mayın 1-də Xankəndinin əsas meydanında anti-Azərbaycan və hökumət əleyhinə şüarlar səsləndirilən nümayiş keçiriləcək. Bölgə partiya komitəsinin birinci katibi Poqosyanın yanına gedərək ermənilərin bu addımı atmasının yolverilməz olduğunu dedim. O isə heç kimin belə bir şey planlaşdırmadığını bildirdi.

Səhəri günü meydanda "Qorbaçov, bizi xilas edin", "Biz hamımız birlikdə Ermənistana köçməyə hazırıq!" kimi şüarlar səsləndirən bir qrupu güclə zərərsizləşdirdik. Bu çağırışın məqsədi Azərbaycanı QMV-nin sərbəst, "müstəqil" bir dövlət olduğuna məcbur etmək idi.

Abdurrəhman Vəzirovin İrəvana səfərini unuda bilmirən. Orada o ermənilərə vəd etmişdi ki, Mixail Qorbaçova onların ehtiyacları barədə danışacaq. Bu nə demək idi?! Axı o bilməliydi ki, Qorbaçova Zoriy Balayan və Silva Kaputikyan bölgədə baş verənlərlə bağlı yetərincə məlumat verir...

Nəticədə, erməni millətçilərini razı salmaq üçün Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti tərəfindən "1988-1995-ci illərdə QMV-nin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında" bədnam qərar qəbul edildi. Və SSRİ-nin dağılma prosesi başladı! Kreml rəhbərləri bəlkə də heç təsəvvür etməzdilər ki, (hərgah, bölgədə millətlərarası düşmənçiliyin ilk toxumlarını elə Kreml özü əkmişdi) Şahnəzərovun, Balayanın, Kaputikyanın “layihələri” sonradan necə dağıdıcı fəlakətə çevrilib, Qarabağı azərbaycanlıların qanına bələyəcək.

Yeri gəlmişkən, Vəzirovun əsas müşaviri Azərbaycan DİN-in birinci müavini, general V.Barannikovun Qarabağdakı qara əməlləri ayrıca bir araşdırma mövzusudur.

Təəssüflər olsun ki, Xankəndidə baş verənlərə seyrçi qalmadığımızı, hətta qanuni şəkildə güc tətbiq etdiyimizi görən və Azərbaycan əhalisinin Qarabağdan çıxarılması ilə məşğul olan xüsusi komitəyə başçılıq edən Sov.İKP MK nümayəndəsi Arkadiy Volskinin tələbi ilə qərargahımızı Ağdama köçürdülər. Çünki qarşısıalınmaz miqyas alan Qarabağ münaqişəsinin azərbaycanlı şahidləri oyundan kənar qalmalı idilər. Onlar bu istəklərinə də nail oldular və mən Bakıya geri çağırıldım. Səbəb kimi isə guya mənim  Volskilə “yola getməməyim” göstərilirdi. 

Bakıya qayıtdıqdan sonra 1988-ci ilin 13 dekabrında  general Safonov mənə zəng edərək görüşməyi təklif etdi. Biz görüşdük. O mənə Respublika rəhbərliyinin qəbulunda olarkən mənim Qarabağ probleminin həllinə birinci katibin məsuliyyətsiz yanaşması haqqında sözlərimin yuxarılarda necə hiddət doğurduğunu da dedi. Məni xoşagəlməz sürprizlər gözləyirdi.

Etibarlı mənbələrdən məlumat əldə etdim ki, Vəzirov məni guya nüfuzdan salmaq üçün material toplayır. Hətta ətrafındakılara deyirmiş ki, "Məmmədov Kamil bağışlanmayacaq. O mənə qarşı getdi. Onu sadəcə DİN-dən işdən çıxartmaqla kifayətlənməyəcəm, lazım gəlsə həbs etdirəcəm"...

Mən oyunların qurbanı olmaq istəmədim və başa düşdüm ki, DİN-də bundan sonra mənim işləməyim mümkün deyil. İstefa barədə “rəhbərliyə”raportla müraciət  etdim.

Təsəvvür edin, müharibənin odundan-alovundan keçmiş, tam gücü, enerjisi, biliyi, bacarığı ilə xalqına xidmət edən bir general bağ evinə köçüb həbsini və ya mümkün təxribatı gözləyir...

İşdən azad olunma haqqında əmri mən yalnız beş aydan sonra - 16 may 1989-cu ildə aldım. Çünki həmin müddətdə məni etibardan salan materialların axtarışı uğursuzluqla başa çatmışdı. DİN-də işlədiyim 30 il ərzində bir dəfə də olsun töhmət almamışam. Milis general-mayoru rütbəsini mən 1983-cü ildə SSRİ Nazirlər Şurasının qərarı ilə almışam. SSRİ DİN-in əmrinə əsasən "general xidməti formasını daşımaq hüququ ilə" işdən azad olunmuşam.  Çəkdiyim zəhmət, Vətənə xidmətim Müzəffər Ali Baş Komandan tərəfindən  "1-ci dərəcəli Vətənə xidmətə görə" ordeni ilə qiymətləndirilib (2011-ci ildə).

Təqaüdə göndərilsəm də Qarabağda xidmətlərimi dayandırmadım. 1992-ci ilin yanvarında Ağdam şəhərinə getdim. Şəhərin müdafiəsi üzrə DİN qərargahında fəaliyyətimi davam etdirdim.

Keşməkeşli həyatıma, çətin günlərdə xidmət etməyimə baxmayaraq mən özümü xoşbəxt hesab edirəm. Xoşbəxtəm ki, Vətənimizin düşmənləri ilə mübarizə apararaq ilk günlərdən Qarabağı müdafiəsində dayanmışam. Xoşbəxtəm ki, yüz yaşın astanasında ordumuzun, xalqımızın və möhtərəm Prezidentimiz İlham Əliyevin böyük qələbəsinin şahidi olmuşam”.

Hafiz TƏMİROV
DİN Mətbuat Xidmətinin rəis müavini,
“Polis” qəzetinin redaktoru, polis polkovnik-leytenantı

Sözardı: Tanıdıqları, simsarları ona “sovet generalı” deyirlər. Düzlüyü, prinsipiallığı, qətiyyəti  ilə çoxumuza örnək bir ömür yaşayır Kamil müəllim. Yaşının bu çağında hafizəsi yerində, qələmi əlindədir. Onu sevdirən isə həm də ürəyinin genişliyi, qəlbinin kövrəkliyidir. Yeri gəlmişkən, dekabrın 19-da cənab generalın 91 yaşı tamam olacaq. Bu münasibətlə onu təbrik edir, sağlam canla 100-ü haqlayın deyirik.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ