05/02/2023 15:27
728 x 90

Gəncə Dövlət Universiteti ilə Aqrar Universitetin tələbləri arasında dava düşdü - Polis araşdırmalara başladı...

img

Noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı araşdırma gedir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Xatırladaq ki, Gəncə Aqrar Universitetinin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranan mübahisə kütləvi davaya çevrilib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Peşə etikası

Son xəbərlər