05/02/2023 14:07
728 x 90

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən pul yığılır? - TƏBİB araşdırmalara başladı

img

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən pul yığılması ilə bağlı iddialar əks olunub.

Trend-in məlumatına görə, bu gün bu barədə sosial şəbəkələrdə yayılan videogörüntüdə qeyd edilir.

Yayılan videogörüntüdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edən şəxslər iddia edirlər ki, rentgen üçün hər kəsdən 10 manat pul tələb edilir.

Məsələ ilə bağlı TƏBİB bu gün Trend-in sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərlə bağlı hazırda araşdırma aparılır.

"Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək", - deyə bildirilib.

Peşə etikası

Son xəbərlər