05/02/2023 15:12
728 x 90

14 yaşa çatmayanlara cinsi zorakılığa görə çoxdan belə sərt cəzalara başlamaq lazım idi...

Fatimə Hacıbəyli: “Azyaşlı uzaqlara qarşı təcavüz hadisələrinin qarşısını almaq üçün cəzanın sərtləşdirilməsi düzgün addımdır”

img

14 yaşına çatmayan şəxslərə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olanlar 20 ilədək azadlıqdan məhrum ediləcək.

Bu, Milli Məclisin son iclasında müzakirə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, zorlama aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qeyd edək ki, qüvvədə olan Məcəlləyə əsasən, həmin cinayəti törətmiş təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

14 yaşına çatmayan şəxslərə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq edən şəxsin daha sərt şəkildə cəzalandırılması təqdir olunur.

  • “Cəzasızlıq cinayətlərin artmasına səbəb olur və ağır cəzalar təyin olunması bu cinayətin azalmasına gətirər”

“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli qeyd etdi ki, 14 və 16 yaşına çatmayan şəxslərlə cinsi əlaqəyə girmə və yaxud seksual xarakterli hərəkətlərin edilməsi Cinayət Məcəlləsində yalnız 151, 152.1, 152.2 maddəsi ilə tənzimlənir. Bu zaman isə cinayətkara 3 ildən 6 ilə qədər həbs cəzası verilir ki, bu da kifayət qədər azdır: “Azyaşlı uzaqlara qarşı təcavüz hadisələrinin qarşısını almaq üçün müəyyən tədbirlər gücləndirilməlidir. Məsələn, ailələrə sosial işçilərin, psixoloqların getməsini təmin etmək lazımdır. Məlumat üçün bildirim ki, seksual xarakterli törədilən cinayətlər ayrıca qrup halında cinayətlər hesab olunur. Cəzasızlıq cinayətlərin artmasına səbəb olur və ağır cəzalar təyin olunması bu cinayətin azalmasına gətirər. Ümumiyyətlə,  cəzanın ağırlaşdırılması yeganə çıxış yolu olmamalıdır. Burada maarifləndirmə işlərini gücləndirmək lazımdır. Məktəbdən başlayaraq, qadın-kişi normal əlaqələrinin tədrisinə ehtiyac var”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, cinsi zorakılığa məruz qalan şəxs və ya onun ailəsi birmənalı olaraq susmağa üstünlük verir. Cəmiyyətdə seksual zorakılıqla bağlı susqunluq və bu mövzunun müzakirəsinə açıq olmamaq, hətta əksər vaxtlarda bu barədə həm valideynlər, həm də uşaqların susması cinayətin ört-basdır olunması, eyni zamanda cəzasız qalmasına səbəb olur: “Azyaşlılara, yeniyetmələr qarşı cinsi zorakılıq anormal və qeyri-insani hərəkətdir. Bu əksər hallarda müəyyən icmalarda çox böyük aqressiya yarada bilir”.

Birlik sədri hesab edir ki,  azyaşlı uzaqlara qarşı təcavüz hadisələrinin qarşısını almaq üçün cəzanın sərtləşdirilməsi düzgün addımdır.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər