06/02/2023 13:05
728 x 90

Qanunsuz sərnişin daşımalarının qarşısını almaq üçün reydlər keçirilir

img

Bölgələrə müntəzəm avtobus marşrutları üzrə qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə oktyabrın 31-dən etibarən AYNA və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə reydlər həyata keçirir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafı da daxil olmaqla keçirilən reydlər çərçivəsində bu günədək 2722 avtonəqliyyat vasitəsi saxlanılıb: "553 halda AYNA əməkdaşları İnzibati Xətalar Protokolu tərtib ediblər. 1975 avtonəqliyyat vasitəsinin sürücüsü isə məlumatlandırılıb və onlara xəbərdarlıq olunub. Reydlər davam etdirilir", - açıqlamada bildirilir.

Peşə etikası

Son xəbərlər