Noyabrın 25-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Horadiz şəhərindəki Muğam Mərkəzində Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin xəbərinə görə, Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı Şahin Bağırov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlarını verib.