Çərşənbə günü səhər İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, zəlzələnin episentri Düzce vilayətində, ocağı isə 6,8 km dərinlikdə yerləşib.
Zəlzələ Türkiyənin şimal-qərbində və mərkəzi hissəsində bir çox bölgədə hiss olunub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.
Hazırkı məlumata görə, yaralıların sayı Düzcədə 37, İstanbulda 1, Zonguldakda 6, Sakaryada 1, Boluda 1 nəfər olmaqla 46 nəfərə çatıb.