çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Uşaq və gənclərin inkişafında media və QHT ailə institutuna necə dəstək verir...

Image


Hər  bir dövlət çalışmalıdır ki, böyüməkdə olan nəslin mənəvi və fiziki cəhətdən inkişaf etməsi üçün mühüm addımlar atsın. Azərbaycanda müstəqilliyin ilk illərində - baş verən hadisələr, xüsusən gənclərin siyasi məqsədlər naminə çirkin kampaniyalara sürüklənməsi, onların başlı-başına qalması, əlbəttə ki, gənclərimizə çox böyük mənfi təsir göstərirdi.

1993-cü ildən sonra, ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi və tələbi ilə hakimiyyətə gəldikdən sonra bu sahədə nizamlı işlər görüldü. Ən çox diqqət edilən  sahələrdən biri məhz uşaq və gənclərin mənəvi və fiziki inkişafı oldu. 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bunun əyani sübutudur. Ondan sonrakı mərhələdə, 2003-cü ildən bu günə kimi görürük ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncləri arasında Heydər Əliyevin azərbaycançılıq ideologiyası daha çox təbliğ olunmağa başlanıldı, inkişaf etdirildi. Bunun üçün müxtəlif dövlət proqramları qəbul olundu. Dövlət gənclər siyasətinin qəbul olunması, zaman-zaman bu qanun layihəsinin daha da təkmilləşdirilməsi, istedadlı gənclərin üzə çıxarılması, xaricdə təhsil proqramlarının həyata keçirilməsi, idman tədbirlərinin əhatəsinin genişləndirilməsi, bunun üçün infrastrukturun qurulması, Azərbaycan gənclərinin daha təhsilli, savadlı olmaları üçün ölkə daxilində universitetlərin təkmilləşdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətdir. Məqsəd isə həm Azərbaycan gənclərinin fiziki inkişaf etmələri, həm də öz savadları ilə beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini, haqq səsini çatdırmağa şərait yaratmaqdır.

  • Bunun kökündə ölkə Prezidentinin apardığı düzgün, düşünülmüş, məqsədyönlü siyasət dayanır

İlk növbədə Vətənə sevgi, sədaqətin nümayiş etdirilməsidir. Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə böyüyən gənclərimizin 44 günlük Vətən Müharibəsində necə qəhrəmanlıq göstərdiklərinin şahidi olduq. Bunun da kökündə ölkə Prezidentinin apardığı düzgün, düşünülmüş, məqsədyönlü siyasət dayanırdı. Zaman dəyişdikcə bu sahədə yeni baxışlara çox böyük ehtiyac var. Vətən Müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra gənclərimizin beyinlərini yumaq, onları düzgün yoldan yayındırmaq üçün xarici, xüsusən ermənipərəst dairələr tərəfindən iş aparılır.  Bu səbəbdən də,  bütün məsuliyyəti dövlətin üzərinə qoymaq da olmaz. Bu yöndə ailələrin üzərinə ağır məsuliyyət düşür. Həmçinin QHT və media quruluşları da lazımi səviyyədə iş aparmalıdır. Psixoloq Ülviyyə Murtuzova bizimlə söhbətində bildirdi ki, ilk  növbədə valideynlər uşaqlarına yetəri qədər zaman ayırmalıdırlar: “Çünki uşaqların ehtiyacı olduğu ən böyük hiss sevgi, qayğı və diqqətdir. Bəzən valideynlər elə başa düşür ki, onlar uşaqların bütün ehtiyaclarını ödəyirlər. Məsələn, gözəl geyimlər almaqla, tətilə göndərməklə bunu təmin etmiş olduqlarını düşünürlər. Amma uşaqlar bəzən bu hallardan razı qalmayaraq depressiv vəziyyətə düşə bilirlər. Çünki uşaqların bundan daha çox valideyn qayğısına ehtiyacı var. Təbii ki, hər bir valideyn bunları etməli və uşaqların xüsusilə, təhsilinə diqqət etməlidir, amma bunları öz sevgilərini göstərərək etməlidir. Onlara mütəmadi olaraq vaxt ayırmalıdırlar. İllərdir uşaqlarla işləyən bir şəxs kimi deyə bilərəm ki, bizim hələ uşaqlardan öyrənəcəyimiz çox şeylər var. Müasir dövrə uyğun olaraq uşaqlar daha dərin düşünür, çox tez inkişaf edirlər. Uşaqlar böyüklərdən fərqli olaraq öz haqlarını daha yaxşı tələb etməyi bacarırlar. Uşaqları mənəvi cəhətdən inkişaf etdirmək üçün bir çox yollar var. Valideynlər mütləqdir ki, həftə sonlarını öz uşaqları ilə keçirməlidirlər. Onların istəmədiklərini onlara məcbur etmək düzgün deyil. Onları öz istəklərinə uyğun deyil, uşaqların istəklərinə uyğun və düzgün yöndə istiqamətləndirmək lazımdır, bu daha çox təhsil sahəsində müşahidə olunur ki, bəzən uşaqlar valideyn istəyinə uyğun istiqamətdə təhsilə yönəldilir. Əslində valideynlər çalışmalıdır ki, onları sevdikləri sahəyə yönəltsinlər”.

Psixoloqun sözlərinə görə, biz həmçinin yeni nəsildə əməyə yaradıcı münasibət tələbatı üzərində çalışmalıyıq: “İnsanlar nə qədər əmək sərf edirlərsə, harada iş görürlərsə, bu işi daha gözəl icra etmək tələbatı yaranmalıdır. Unutmaq olmaz ki, yeni nəslin inkişafında təkcə təhsil sistemi, valideyn yox, həm də gənclər özləri çalışmalıdırlar. Böyüyən yeni nəsil fiziki cəhətdən də  sağlam olmalıdır.  Bu istiqamətdə həm müəyyən strukturların üzərinə vəzifə düşür, həm də həmin nəslin özünün davranışından asılıdır. Bu sahədə ciddi düşünülməli, addımlar atılmalıdır. Elmə əsaslanan fəaliyyət proqramı hazırlanmalı, proqramda valideynlərə necə işləmək lazım olması qeyd olunmalıdır”.

  • Pedaqoji kollektiv uşaq və gənclərin tərbiyəsinə görə cavabdeh olmaqla böyük hörmət və ehtirama layiqdir

Təbiidir ki, QHT və KİV-lər bu yöndə təbliğatlarını gücləndirməlidirlər. Çünki maarifləndirmənin də rolu bu məsələdə böyükdür. Dövlətin həm QHT-lər , həm də KİV-lər üçün ayırdığı qrantlarda məhz bu sahələrə ciddi önəm verilir.

Sözsüz ki, ailə tərbiyəsi ilə yanaşı, uşaq və gənclərin yetişməsində təhsil ocaqlarının da rolu danılmazdır, çünki uşaqların cəmiyyətlə ilk tanışlığı onların məktəbə qədəm qoyması ilə başlayır. Orta məktəbdə gənclərimiz məhz düzgün tərbiyə almalı, sağlam yetişdirilməlidirlər. Bunun ardınca da, istər ali təhsil ocaqlarında, istərsə də peşə təhsili müəssisələrində gənclərimizə layiqli vətəndaş olmaları aşılanmalı, bunun üçün isə onların təlim-tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Bu məsələdə isə məsuliyyət təhsil müəssisələrində çalışan müəllimlərin üzərinə düşür. İstər orta, istərsə də ali təhsil müəssisələrində və peşə təhsili müəssisələrində çalışan müəllimlər bunu nəzərə almalıdırlar ki, gənc nəslin həm düzgün tərbiyə almasında, həm də düzgün istiqamətləndirilməsində onların rolu böyükdür. Təbii ki, bu baxımdan da müəllim əməyinə hörmətlə yanaşılmalıdır və nəzərə alınmalıdır ki, pedoqoji kollektiv uşaq və gənclərin tərbiyəsinə görə cavabdeh olmaqla böyük hörmət və ehtirama layiqdirlər. Bir sözlə bu istiqamətlər üzrə ciddi nəticələri əldə etmək üçün, bütün sahələr üzrə kompleks addımlar atılmalıdır.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ