Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin mətbuat xidmətindən “Baki-Xəbər”ə verilən məlumata görə, “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyi tərəfindən və Azərbaycan Respublikası Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilıən “Regionlarda Kiçik və Orta Sahibkarların problemlərinin analizi və inkişafa dəstək tədbirlərinin təşkili” layihəsinin icrasını başa çatdırmışdir.
Layihə əsas məqsədi ölkədə KOS-un inkişafı ilə əlaqədar strateji inkişafa nail olmaq üçün müvafiq imkanlardan maksimum istifadəni təmin etməklə tədqiqtlar aparmaq, problemləri aşkarlamaq və dövlət orqanlarının diqqətinə çatdırmaqdır.
Eyni zamanda bu layihə maarifləndirmə tədbirləri həyata keçirməklə regionlarda fəaliyyət göstərən KOS-ların inkişafına dəstək məqsədi daşıyır.
Əsas vəzifə regionlarda KOS-ların bilik və bacarıqlarının artırılmasına nail olmaqdır.O cümlədən qarşıya qoyulan əsas vəzifələr, regionlarda sahibkarlar arasinda ehtiyacları öyrənmək, müvafiq dövlət orqanlarının iştirakı ilə birgə əməkdaşlığa nail olmaqla yerli KOS-lar arasında məlumatlandırma xarakterli seminarlar həyata keçirməklə inkişafa nail olmaqdır.
Bu istiqamətdə ölkədə fəaliyyət göstərən 100 KOS subyeytində tədqiqat aparılmışdır.Problemləri təklif və tövsiyyələri ehtiva edən hesabat sənədi hazırlanaraq müvafiq qurumlara təqdim ediləcəkdir.
Bununla yanaşı Cəlilabad,Biləsuvar,Saatlı və Sabirabad rayonlarında ümumilikdə 150-yə yaxın kiçik və orta sahibkara seminarlar keçirilimşdır.Seminarlar başa çatdıqdan sonra sahibkarları maraqlandıran suallar təşkilatın ekspertləri tərəfindən cavablandırılmışdır.Seminarlarda həmçinin RİH namayəndələri ilə yanaşı KOBİA-nın regional əməkdaşları da iştirak etmişlər.
Hazırladı: Namiq QULİYEV