çərşənbə axşamı günü, 10 noyabr 2026
     

50 yaşın işığında - FOTO

Image


Vahid Aslan – çağdaş dünyamızın ədəbi irmağı… Vahid Aslan – poetik duyğuların sirli kəhkəşanı… Vahid Aslan – insani dəyərləri özündə birləşdirən keyfiyyət göstəricisi… Vahid Aslan – duyğu və düşüncələrin mükəmməl söz yuvası… Ədəbi aləmin naxışı, təfəkkürün lirikası, kəlmənin dəyəri, təbiətin ahəngi, sözün sadəliyi, sadəliyin ta özüdür Vahid Aslan.

Dumanın səssizliyinə, çənin pıçıltısına, çiçəyin ətrinə, dağın təravətinə büründüyü üçün laylası da mərhəm oldu. Ruhuna hopdu, varlığını sardı, könlünü ovsunladı. Hikmət nuru doldu qəlbinə. O nur Vahid fitrətindən ətrafa çiləndi. Misralanan duyğularda, sözlənən kəlmələrdə, nağıllaşan, kitablaşan səhifələrdə işıq oldu qələmin süzgəcindən keçənlər. İllər bir-birini qovduqca Vahid ucalığı da mərtəbələndi. 50 yaşın ucalığından geri boylanan sənətkarın bu enişli-yoxuşlu, kələ-kötür, bəzən də hamar, rahat yolları necə keçdiyindən xəbərsizliyi baxışlarından aydın sezildi. Ömrünü kitab, dəftər, qələm, yaxud da kitabxanalarda keçirən düşüncə sahibi köhnəliyin ətrini içinə çəkərək sabaha yol aldı. Həm də o köhnəlik onun soykökünün sütunu, dirəyi, özülüdür. Özülü möhkəm olanı zəlzələlər, tufanlar, qasırğalar aşıra bilməz.

Günəş yüksəyə qalxdıqca ətrafa daha çox işıq salar, insan ucaldıqca ziyası qəlblərə düşər. İşıqlı qəlbdə nifrət, kin, küdurət, həsəd, paxıllıq olmaz. Bəzən yaşı yüzü haqlamış saf, təmiz qəlbli pirani haqqında belə deyirlər: “lap uşaq qəlblidir”. Axı uşaqların qəlbi paklığın, təmizliyin məkanıdır. Bir də uşaq işıq deməkdir axı. Şair lap yerində deyib:

Hələ xatirələr uşaq kimidi,

Baxıram hardasa ömür qocalıb.

Burada “ömür qocalıb” kəlməsi, əslində, ömrün ən çiçəkli çağına yetişdiyinə işarədir. Vahid ucalığı da elə söz içində sözün gizlənişindən bəllidir:

Bilirsənmi,

Külək nə zaman

Sevilir oğlum!

Bir yay günü

Şəhər istidən qovrulanda;

Bilirsənmi,

Ürək nə zaman

Sevilir oğlum!

Kiminsə

Qaranlıq taleyinə

İşıq olanda.

Tez-tez işıqdan söz salmağımız əbəs yerə deyil. Çünki V.Aslan poeziyası həzin bir layla olmaqla yanaşı, hər misrasında bir ümid, bir işıq var. O işıqdan qaranlıq talelərə pay düşəcəyini, zülmətin bağrını yarıb aləmləri aydınladacağını, yalanın içərisində zərrə boyda da olsa bir hikmət işığının parlayacağını düşünən söz sahibi ümidsizlik içində də ümidlə baxır sabaha. Ümid özü də bir işıqdır. Kölgəli düşüncələrə, yorğun fikirlərə, durğun dünyagörüşə ilham verir.
Şairin hər misrasında, hər kəlməsində qəlbinin döyüntüsü duyulduğu kimi, kəlmənin dəyərində, sambalında da onun əzəmətini görmək olur. Misralar oxucunun dilində sözləndikcə müəllifin varlığı göz önündə cizgilənir. Bir sözlə, şair sözlə vücudunun deyil, duyğularının rəsmini çəkir:

Unudulan iz ki var,

Yorğun düşən diz ki var,

Çırpınan dəniz ki var,

Mənim qəlbim kimidi.

Təpədən-dırnağadək əsl vətəndaş olan şairin əqidəsi də, əməli də Vətənə xidmətlə keçir. Yazdığı hər cümlə, hər bənd ovsun olub tilsimləyir əsl oxucunu. İçindəki eşqi, sevgini, həsrəti, acını sözün hökmü ilə diktə etdiyi kimi, duyğulanan ilahi misralar dildən-dilə keçərək örnəkləşir. Örnək olan misralar isə zamanın süzgəcindən keçənlərdir. Qələminin mürəkkəbi qanından qidalanan şair “Torpağın mübarək, Vətən!”- deyə hayqırır, özü də pıçıltı ilə – səssizliyin hönkürtüsü kimi:

… Təqvimin qızarır, yanır.

Qara günlər qaralanır.

Qələbələr sıralanır,

Varağın mübarək, Vətən!

 

Oğulların coşan dəniz.

Eşqi ümman, qəlbi təmiz.

Hər qarışı candan əziz,

Torpağın mübarək, Vətən!

 

Göylər kimi yırğalanan,

Ulduz-ulduz sıralanan,

Qarabağda dalğalanan

Bayrağın mübarək, Vətən!

Ayrılığın həsrəti, həsrətin illəti, illətin zilləti yaman ağrıdır şairi. Çünki zaman-zaman yağmalanan torpaqlarımızın parçalanaraq, şaqqalanaraq yad əllərdə qalması, əcdadlarımızın ismini özündə daşıyan yer-yurd adlarının əvəzlənməsi, soydaşlarımızın həmin ərazilərdən məcburi köçürülməsi və həmin ərazilərdə qeyri etniklərin məskunlaşdırılması həm tariximizi, həm də yaddaşımızı alt-üst edir. Ulu Azərbaycanın baş kəndi olan Təbriz, eləcə də Miyanə, Sulduz, Qəzvin, Ərdəbil, bütün Ermənistan ərazisi, Borçalı mahalı, ta ki Dəmir Qapı Dərbəndə qədər olan torpaqlar yadellilərin əlində olduğu halda qələm sahibinin kövrək qəlbi tab gətirə bilərmi bu həsrətə?! Təbrizin itirlməsi ilə bütün şöhrətini itirən istedad sahibi ümidini itirməsə də, bir möcüzənin olacağına hələ də inanır və inanır ki, bir gün itən şöhrəti onu tanıyacaq:
Mənimki yatmaqdı,..  möcüzə görsəm…

Paytaxtım köçübdü Təbrizə, görsəm…

Görəsən, qəfildən üz-üzə gəlsəm

Məni tanıyarmı, itən şöhrətim!

Haqq, ədalət, düzlük, nizam, tərəzi və insanlıq zamanın ölçü vahidi olsa da, tərəzi əyilib, insanlıq itib, nizam pozulub. İnsanlar bir-birinə ikrah hissi ilə, yaxud da bir cani kimi baxır. Yalan doğrunu o qədər üstələyib ki, doğru doğruluğunu sübut eləyincə, az qala yalanın ovcundan bir neçə kərə su içməli olur. Ədalətsizlik xalqları, millətləri, dövlətləri üz-üzə qoyur, nəticədə insan da öldürülür, insanlıq da… Ona görə də hər zaman haqsızlığa qarşı çıxır duyğu pərvanəsi:
Olmuşuq zəli, yağı.

Sözümüz zəhər, ağı.

Nə deyim… insanlığı

Hazırıq öldürməyə.

Bu kimi haqsızlıq, ədalətsizlik, biganəlik, vəhşilik içərisində ədalət naminə çarpışan söz adamları yaşamaq və yaşatmaq həvəsi ilə dünyanı birliyə, bərabərliyə səsləyir, insanları irqi, dini ayrıseçkilikdən uzaq durmağa çağırırlar. Ədalət prinsipini üstün tutan söz sərrafları hətta dünyanı bir bayraq altında birləşməyə səsləyirlər. V.Aslanın şeirindəki kimi:

İstəmirəm bu qədər sərhəd,

Bu qədər dövlət,

Bu qədər tikanlı məftil olsun!

İstəmirəm bu qədər din,

Bu qədər hakimiyyət,

Bu qədər dil olsun!..

İstəyirəm

Ayrıseçkiliklər yox olsun,

Nə insanlığa qurulan hiylə,

Nə də dünyanı yeyəcək tamah olsun!

İstəyirəm

Hamının sevdiyi bir dünya,

Bir insanlıq, bir də Allah olsun!

Vahid Aslanın şeriləri həzin bir layladı demişdim az öncə. Bulaqların zümzüməsi, şəlalənin şırıltısı, quşların pıçıltısı, xəzəlin xışıltısı, dəlisov atların kişnərtisi var həmin laylada. Kəkliyin qaqqıltısı, turacın pırıltısı, bənövşənin, nərgizin ətri, hətta küləyin vıyıltısı, çayların qıjıltısı var kövrək duyğuların təranəsində. Onun şeriləri sarı simdir, birbaşa ruha toxunur, iliyə işləyir, damara axır. Çünki dağ havalı, qartal qıylı, meşə nəfəsli ninnilərdə böyüyüb. Gördükləri, duyduqları taleyinə həkk olunub. Ona görə də misraları su kimi saf, təmiz və meşə nəfəslidir, hətta hayqırtısı da bir pıçıltıdır:

Dağlardan yazmışdım, oxuyarsınız!

O bulaq üstüdü, qaya altıdı;

Birdən oxuyanda qışqırarsınız,

Mənim şeirlərim bir pıçıltıdı.


Bulaq nəğməsidi, yağış səsidi,

Külək yırğalayan yarpaq kimidi;

O kövrək duyğular təranəsidi,

O sevən ürəyin sarı simidi.

O, bir nəqqaşdır; sözün dəyərini, kədərin rəsmini, sevincin hissini, günəşin hərarətini, yağışın hıçqırtısını çəkməyi bacarır. O, bir müəllimdir; gözünün yağını tələbələri üçün əridib zülmətdən sübhə yol çəkir ki, büdrəməsinlər. O, bir yazıçıdır; fikir-düşüncələrini nəsrin süzgəcindən keçirib dolğunlaşdırır ki, fərqinə varanlar əliboş geri dönməsinlər. O, bir jurnalistdir; torpaqlarımızın birliyi, bütövlüyü uğrunda canını fəda edən igidlərimizin döyüş tarixini araşdıraraq, qələmə alıb ki, şanlı hərb tariximiz daha da zənginləşsin. O, bir alimdir; riyazi hesablamalarla poeziyanın düsturunu yarada bilib – şeirin dili ilə… O, bir qəzetçi – naşirdir; qüdrətli söz sahiblərinin, ziyası haqdan gələn ziyalıların və hər əməli bir ixtira olan alimlərin elmə verdiyi töhfəni “Müəllim sözü”ndə işıqlandırmaqla sabahımıza işıq tutub.O, bir şairdir; sözün rəsmini çəkməklə duyğularını qafiyələndirir, fikirlərini yığcam halda oxucuya ötürür ki, tavtalogiyadan uzaq olsunlar. Özü demişkən, sadaladıqlarım olmasaydı, bəlkə də şair olmayacaqdı:
Kədərin rəsmini

Sözlərlə çəkməsəydim,

Tənhalığımla

Hər gün görüşməsəydim,

Küləyin hıçqırtısını,

Yarpaqların pıçıltısını,

Sükutun səsini,

Bulaqların nəğməsini

Dinləməsəydim

Şair olmazdım.

Heç şeir də yazanmazdım…

Və dünyanı

Ən gözəl qız sanıb

Aldanmasaydım.
Vahid Aslan şeirinin leytmotivini Vətənə, torpağa, yurda, elə, obaya bağlılıq, insani sevgi, haqq, ədalət və bir də uca Yaradana məhəbbət tutur. Türkə, türkçülüyə də geniş yer verən şairin söz qılıncı nə qədər kəsərli olsa da, Turan uğrunda ömrünü fəda verməyə də hazırdır:
Güman sənədi yenə,

Qoyma ümidlər sönə.

Ulu Türk qüdrətinə

Sarıl, Turan ordusu!


İnan, bir gün gün gələcək,

Yerlər, göylər güləcək.

Göy Tanrı söyləyəcək

Var ol, Turan ordusu!

Urəyi SÖZ YUVASI olan Vahid Aslanın qələmə aldığı şerilər metafora və epitetlərdən doyunca su içdiyi üçün zənginləşib. Bu kimi bədii təsvir vasitələri sözün rübəndini açmadan misraya sambal və dəyər verdiyinə görə vəzndə ağır gəlir. Bu ağırlıq isə beyni yüngülləşdirir, ürəyi amorf düşüncələrdən qoruyur. Bu məqamda küləyin qəmli nəğmələrini nəinki dinləmək, hətta payızın yarpaqlar üzərinə çökmüş rəngindən də oxumaq olur:

Pəncərədən gələn uğultu

Küləyin səsidi,

Pəncərədən baxanda

Gördüyüm qızılı, gümüşü yarpaqlar

Payızın ən gözəl rəsmidi,

Payız küləyi yer üzünün

Ən qəmli müğənnisidi.

…50 yaşın işığında 150 il yol gedəsən “ÜRƏYİM SÖZ YUVASIDI” deyən qardaşım. Kamillik adlanan mərtəbənin 10-cu pilləsindən aşağı boylanmaq, tarixin toz basmış səhifələrini vərəqləmək kimidir. O vərəqlərdə acılı-şirinli, qayğılı və bəxtəvər günlərin illüstrasiyası həkk olunub. Ovucdakı xətlər, alındakı qırışlar, saçdakı bəyazlıq və həyat eşqi həmin illüstrasiyanın möhürüdür.
50 yaşın mübarək olsun, dəyərli söz sahibi, dəyərli qardaşım, dəyərli Vahid Aslan!

Ötərxan ELTAC,
Yazıçı-jurnalist,

Azərbaycan Radiosunun əməkdaşı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ