çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Vətən üçün yaşayanlar nəsli - Bursada Milli Qəhrəman Məzahir Rüstəmovun adını daşıyacaq parkın təməli qoyuldu - FOTO

Image


Oktyabr ayının 26-da Türkiyənin  Bursa vilayətində Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə “Şuşa günləri”  silsilə tədbirləri keçirilib. Bursanın Keles rayonunda Milli Qəhrəman Məzahir İzzət oğlu Rüstəmovun adını daşıyacaq parkın təməlinin açılış mərasimi olub.

Parkın ərsəyə gəlməsi Keles bələdiyyəsi və Türkiyədə fəaliyyət göstərən və başqanı olan Hüsyn Gözəloğlu Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı ‘‘Azerbaycan Denince‘‘ Dernegi-GİM AZDER dərnəkləri tərəfindən həyata keçiriləcək.

Mərasimdə çıxış edən Keles Bələdiyyəsinin sədri Mehmet Keskin, Hüseyn Gözəloğlu Azərbaycanda fəaliyyət göstərən İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli və digərləri inşa olunacaq parkın Türkiyə-Azərbaycan qardaşlığı üçün əhəmiyyətini vurğulayıblar.

Bələdiyyə sədri təməli atılan parkın 2023-cü ilin  bahar aylarında istifadəsinə veriləcəyini deyib.

Siyasi partiyaların təmsilçilərinin, deputatların və ictimaiyyət nümayəndələrinin də iştirak etdikləri mərasimdə Bursa folklor rəqsləri ifa edilib.Məzahir İzzət oğlu Rüstəmov kimdir?

Rüstəmov Məzahir İzzət oğlu 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir.  1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1983-cü ildə təhsilini başa vurur. 1986-cı ildən Azərbaycan Memarlııq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəsifəsində işləməyə başlayır. 1990-cı ildə Dövlət Mətbuat Nazirliyində «Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi»nin müdiri vəzifəsində çalışmışdır. 1992-ci il 23 martda könüllü olaraq Milli Orduya yazılır. Məzahir Şınıx cəbhəsinə gəlir və komandir müavini vəzifəsinə təyin edilir.

Mutudərə olduqca mühüm strateji yer olduğundan ermənilər buranı işğal etmək istəyirdilər. Buna görə də Məzahir bütün bilik və bacarığından istifadə edərək yalnız döyüşçü kimi deyil, həm kəşfiyyatçı, həm də hərb müəllimi kimi fəaliyyət göstərmişdir. Məzahirin kəşfiyyatçılığı nəticəsində düşmənin bir çox döyüş nöqtələri məhv edilmişdir.Məzahir cəsur komandir olaraq müdafiəni layiqincə yerinə yetirirdi. 1992-ci il 6 avqust ermənilər Mutudərəyə güclü hücum etdilər… Məzahirin komandirliyi ilə döyüşçülər kəndin müdafiəsinə qalxdılar. Son nəfəsinəcən vuruşan komandir bu döyüşdə həlak oldu… 

Ailəli idi, Təhminə adında qızı var.Hazırda Təhminə xanımın iki övladı var  - Murad ,Məryəm.

Uzun illərdir Türkiyənin Bursa şəhərində yaşayan həmyerlimiz  Hüseyn Gözəloğlunun xahişiylə  yuxarıda söz açılan mərasimin  işıqlandırılması üçün  Milli Qəhramanımız Məzahir Rüstəmovun ailəsiylə tanış oldum. Təpədən dırnağa ziyalılıq mücəssəməsi olan bu nurçöhrəli valideynlərin  hər kəlməsi örnəkdir.  Hər iki valideynin lentə aldığımız çıxışlarından bəzi nümunələri diqqətinizə çatdırmaq istətdim.

İzzət Rüstəmov...

...BİR OVUC TORPAQ GÖTÜRÜB ÜZÜMƏ SÜRTDÜM

Türkiyə Prezidentinin atdığı addımlar bir daha dünyaya göstərdi ki Azərbaycan tək deyil. Azərbaycanın  qəhramanlarının şərəfinə ucaldılan abidələr,açılan parklar Azərbaycan Türkiyə münasibətlərinin  daha da güclənəcəyinə nümunədir. Məzahirin ruhu indi şaddır, onun şəhid olduğu torpaq artıq azad olub. Onun arzuları,ideyaları çox idi. Azərbaycanı güclü görmək, Azərbaycanı qüvvətli görmək, müstəqil görmək. Məzahirin döyüşdüyü səngərə baxdıq,orda abidə qoyulub. Mən səngərə əyilib Məzahirin qanı qarışan torpaqdan bir ovuc götürüb üzümə sürtdüm,sanki içimə bir rahatlıq gəldi. 44 günlük müharibə bütün dünyaya birmənalı şəkildə sübut etdi ki Azərbaycan xalqı güclüdür,onun güclü ordusu var və yerdə qalan torpaqlarını da mütləq mənfur düşmənlərdən təmizləyəcək.

 Rəfiqə xanım....Övladın hamısı əzizdir, ancaq ilk övladın yeri bir az başqadır.O da nədir  Ailə ,həyat,övlad nədirsə məhz ilk nübarınla bilirsən Məzahir mənim ilkim idi. ? Məzahirin itkisi çox ağırdır,elə bil ürəyimi söküb aparır. 31 il ötüb ,ancaq yenə də yolunu gözləyirəm. Onun adına nə olursa parkmı,abidəmi elə istəyirəm gedib orda qalım. Gecəni orda keçirim. Balamın döyüşdüyü Mutudərədə abidə qoyulub. Qar yağanda özümdən asılı olmayaraq qaçıb o abidənin üstünü örtmək istəyirəm sanki Məzahirim üşüyürmüş kimi.... Hüseyn müəllimdən eşidən də ki Türkiyə kimi böyük dövlətdə Məzahirimin adına abidə açmaq istəyir  o qədər sevindim ki ,elə bildim yuxudu gördüklərim. Ancaq sonra bu yuxu deyil həqiqət olduğunu gördüm və fürsətdən istifadə edib Hüseyn Gözəloğluna da, Bursa bələdiyyəsinə bir sözlə zəhməti keçən hər kəsə ana kimi təşəkkür edirəm., hər birisini bağrıma basıb qucaqlayıram.

ANANIN KÖVRƏK MƏQAMLARI

Bayaq dedim 31 il keçib ,mən hələ da axşam saat yeddidə dayanıb balkondan boylanıram ki Məzahir işdən qayıdacaq,hər səhər saat səkkizdə qapının ağzında dayanıram ki Məzahirimi yola salıram,elə bilirəm ki arxaya boylanıb gedir. Düz 31 ildir  mən gecəli-gündüzlü Məzahirimi yola salıram,qarşılayıram. Xiyabana gedirəm.,,Məzahir salam ,anan ölsün  necəsən,üşümürsən ki?’’ deyib qayıdıram. Məzahir ailəmizdə ikinci İzzət olub. Qardaşları Çingizə,Oktaya dayaq idi. İndi onlar da Məzahirsiz bizim qədər ağırlıq çəkirlər. Mənə görə Məzahir bu evdə mənimlə bərabər hərlənir,hara baxıramsa onu görürəm. Yemək çəkəndə birinci ona çəkib,,Ay Məzahir sən yeməyini ye sonra o birilərinə çəkərəm‘‘ deyirəm. Bəlkə də bütün şəhid anaları belədir.   Mənə təsəlli yalnız odur ki Məzahirimin qanı tökülən torpaqlar işğaldan azaddır və bilirəm ki balamın ruhu hər zaman dolaşan o məkanda  artıq onun da ,döyüşən igid oğulların da ruhu şaddır. 

 PS....Bu nurçöhrəli ziyalı, müdrik insanlardan heç ayrılmaq istəmirdim... Rəfiqə xanım sadəcə danışırmıdı...səsiylə,nəfəsiylə sanki Məzahirinə  həm də illər öncə olduğu kimi lay-lay çalırdı.. Həm də elə yanğıyla,elə şirin-şirin ki mənim də ruhuma hopdu...həm də əbədi...

Dağda lalama dəymə

Gözü alama dəymə.

Nə edirsən et,fələk,

Tək Məzahirimə dəymə.

.......

Ocağın sacı göynər

Ağzımda acı göynər.

Oğul ,adın gəlincə,

Burnumun ucu göynər......

Hazırladı Jalə CƏFƏROVA
Filologiya üzrə fəlsəfə doktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ