çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Münasib Qurbanov - 65

Image


Artıq ölkəmizdə iqtisadi inkişaf özünün pik həddinə çatıb. Dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət bütün sahələrdə bizə sevinc hissi yaşadır. Xoş haldır ki, 44 günlük Vətən müharibəsindən sonra bu hiss daha da artıb və biz artıq işğaldan azad edilmiş ərazilərimizdə də tikinti, abadlıq və quruculuq işlərinin geniş vüsət aldığını görürük...

İqtisadi inkişafda payı olan insanlar bu dövlətin sadiq vətəndaşlarıdır. Onların üzərinə düşən vəzifə həmişə böyük məsuliyyət kimi mənalanıb və bu, uğurdan-uğura qapı açıb.

Dövlətimizin iqtisadi inkişafında xüsusi rol oynayan insanlardan biri də «Onur-Style» MMC və «Teymuroğlu» MTK-nın rəhbəri Qurbanov Münasib Teymur oğludur. Səmimi etiraf edək ki, Münasib Teymurovun üzərindəki vətəndaşlıq məsuliyyəti onun həqiqi qurucu və dövlətə fayda verən insan olduğuna dəlalət edir.

Əlbəttə, Qurbanov Münasib Teymur oğlunu ölkədə və ölkəmizdən kənarda tanıyanlar çoxdur. Bu mənada, onun həyat yolu və fəaliyyəti barədə oxucularımıza çox qısa məlumat vermək istəyirik:

Qurbanov Münasib Teymur oğlu 13 noyabr 1957-ci ildə Tovuz rayonunda anadan olub. 1964-cü ildə Tovuzdakı A.S.Puşkin adına orta məktəbin 1-ci sinfinə gedib. 1974-cü ildə həmin məktəbin 10-cu sinfini fərqlənmə diplomu ilə bitirib. İlk əmək fəaliyyətinə B.Sərdarov adına Maşınqayırma zavodunun metaltökmə sexində ikinci dərəcəli fəhlə kimi başlayıb. 1979-cu ildə Azəryol Tikinti Nazirliyinin Layihə-Axtarış bürosunun arxitektura və mülki tikinti şöbəsində işə başlayıb, 1981-ci ildə mühəndis kimi fəaliyyət göstərib. Sonradan böyük mühəndis vəzifəsinə qədər ucalıb. 1983-cü ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunu bitirib, mühəndis ixtisasına yiyələnib. 1987-ci ildə «Azəryollayihə»İnstitutunda direktor müavini vəzifəsinə təyin edilib. 1993-cü ildə «Azəravtoyol» Şirkətinin 7 saylı Mexinikləşdirmə və Nəqliyyat İdarəsinin rəisi olub. 1994-cü ildə köçürmə yolu ilə həmin şirkətin «Azəryol Mexinikləşdirmə» trestinə müdir təyin edilib. 1995-ci ildə «Çıraq» Sahələrarası Təsərrüfat Assosiasiyasının birinci vitse-prezidenti olub. Bir müddət sonra həmin assosiasiyanın prezidenti vəzifəsini icra edib. 1997-ci ildən «Onur-Style» MMC-nin direktorudur. İqtisad elmləri doktorudur. Həmin ildən Bakı şəhərində yüksək mərtəbəli binaların tikinti işini aparır. «AVM-F» MMC-nin direktoru kimi fəaliyyətini davam etdirir. 2013-cü ildə öz işində yeni sürət mexanizmi qurub və nəticədə, «Bəşir-inşaat» MMC-ni yaradıb, həmin MMC-nin direktoru olub. 2016-cı ildə «Onur-Style» MMC-yə direktor təyin edilib.

Münasib Qurbanov 2014-2016-cı illərdə Çexiya Respublikasının Praqa şəhərində Avropa Beynəlxalq Universitetinin «İqtisadiyyat-menecmet» fakültəsinin doktorantı olub, apardığı elmi-tədqiqat və nəzəri-təcrübi araşdırmalar nəticəsində «Tikintidə riyazi modellərin tətbiqi və iqtisadi əsaslandırılmış əlverişli texnologiyanın hazırlanması və təşkili» mövzusunda doktorluq dissertasiyası müdafiə edib, iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb.

Münasib Qurbanovun rəhbərlik etdiyi MTK təkcə Bakı şəhərində deyil, eləcə də Rusiyanın Krasnoyarsk və Tümen vilayətlərində yüksəkmərtəbəli binaların tikinti işini həyata keçirir.

Münasib Qurbanovun atası dərin erudisiyalı insan Temur Qurbanov Böyük Vətən müharibəsinin iştirakçısı olub, Finlandiya və digər yerlərdə əsl şücaət göstərib. Onun Vətən sevgisi qələbə əzmini həmişə güclü edib. Heç şübhəsiz, bəşəri hislərlə yaşamaq eşqi Münasib müəllimə məhz atasından keçib...

Bu dediklərimiz Münasib Qurbanovun ömür gündəliyinin yalnız kiçik bir hissəsidir. Onun həyat və fəaliyyəti bir məqalə həcminə sığmaz...

Münasib Qurbanov sadə insan, sadə olduğu qədər də həyalı, təvazökar, əsl türkçü və dövlətə sadiq qurucu vətəndaşdır. Milli kökə bağlılığı ilə qürur duyur. Saz sənəti, saz ucalığı və bu alətdə ifa olunan nəğmələr onun həyatabıxışında qırmızı xətt kimi görünür. Bu da ona dəlalət edir ki, heç bir əks təsir onun vətəndaş mövqeyinə, dövlət sevgisinə xələl gətirə bilməz. O, bu duruşu ilə hətta ən təlatümlü fırtınalara da sinə gərmək gücündədir. Belə deyək, onun kökü varlığı qədər sevdiyi torpağın dərinliklərində, gövdəsi Vətənə qarşı çıxmaq istəyənlərin qarşısında, qolları isə insanların boynundadır. O, bu əzəməti ilə dərin hörmət, misilsiz rəğbət qazanıb.

Münasib Qurbanov sağlam əqidəli insandır. O, yaşamağın mənasını xalq, Vətən yolunda şam kimi əriməkdə, dövlətçiliyə sadiq qalmaqda görür. Elə bu amalına görə o, Birinci Qarabağ müharibəsi dövründə hərbçilərə öz maddi dəstəyini əsirgəməyib, onlarla çiyin-çiyinə dayanıb. Əlbəttə, həmin vaxtlar Tovuz rayonu da tez-tez düşmən həmləsinə tuş gəlib, bəzən bu, acı nəticələr verib. Məhz Münasib Qurbanov kimi sədaqətli insanlar o zaman özlərini bir əsgər kimi hiss edib, Azərbaycana dayaq durublar.

Münasib Qurbanov nə üçün yaddaşlarda kök salıb? Bu sualın tək bir cavabı var: «Öz əməli işi, sevgisi, diqqəti, sədaqəti, qayğısı, Vətənə, dövlətə məhəbbəti, ən ümdəsi, Allaha itaəti ilə». O, bu amalı ilə hər kəsə görk edib ki, əsl şəxsiyyət necə olmalıdır. Onun içində bitməz, parçalanmaz, bölünməz istək və məhəbbət hasarları var. O, məhz bu qatdan insanlara öz müsbət enerjisini ötürür. Öz təmiz şəxsiyyətini silaha çevirib nadanların önündə sədd edir. Onun təkcə tikib-yaratmaq həvəsi deyil, həm də alim nüfuzu bu situasiyada önəmli rol oynayır. Onun haqqın və haqlının tərəfində olması da elə bu amildən qaynaqlanır. O, hamını özü kimi vicdanlı, sözübütöv görmək arzusundadır.

Şəxsiyyət kimi nüfuz qazanması sayəsində hazırda rəhbərlik etdiyi «Teymuroğlu» MTK da inşa etdiyi binaları, oradakı dözümlülük, səliqə-səhman, yüksək keyfiyyət və s.-lə diqqət çəkir. Əbəs yerə deyil ki, ev almaq istəyənlərin əksəriyyəti məhz onun rəhbərliyi ilə tikilmiş yüksəkmərtəbəli binalara üz tuturlar. Bu da onu göstərir ki, Münasib Qurbanovun həm özü, həm də əməli işi nümunə göstərilməyə layiqdir.

Münasib Qurbanovun təmənnasız insan obrazı artıq hər kəsin qəlbində doğma surət qazanıb. O, çox xoşbəxtdir ki, özü işıqlıdır deyə dostları da sədaqətli və nümunəvi insanlardır.

Bu gün ən adi insan belə Münasib Qurbanovun qəbuluna rahat düşə bilir. Çünki o, çətinliyin, ağrı-acının, kasıblığın, ümumiyyətlə, insanı sıxan bütün çatışmazlıqların nə olduğunu yaxşı bilir. O, əl qabarının nə olduğunu öz əməli fəaliyyəti ilə isbatlayır. Bu da ona misilsiz rəğbət və hörmət gətirir.

Bəllidir ki, hər kor kişinin oğluna el-elat Koroğlu demir. Bu ada sahib insan öz fədakarlığı ilə diqqət çəkməlidir. Münasib Qurbanov da bu baxımdan, bütöv bir ömrü el üçün yaşamaqda görür. Necə ki, şam yanaraq ətrafa işıq saçır, eləcə də Münasib Qurbanov əməli işi ilə milyonların qəlbinə sevinc və rahatlıq verir. Açığı, bəzən onun həyatını gur şöləli şama, özünü isə o şamın başına fırlanan Vətən pərvanəsinə bənzədirik.

İnsanlar bəzən kim olduqlarını 40-50 yaşlarında büruzə verirlər. Münasib Qurbanov isə ağlı kəsəndən bu ali dəyəri özü üçün nümunə götürüb və bu yolda bir dəfə olsun «yoruldum» deməyib.

Münasib Qurbanov mənim tələbəm olub. Mən tez-tez onunla görüşürəm. Hər dəfə də ona xüsusi təşəkkürümü bildirirəm. Çünki çətin günlərdə o və onun kimi oğullar bu Vətən, bu xalq üçün çox şey edirlər. Bu, bizim onlara sədaqətimizə rəvac verir.

Münasib Qurbanov möhkəm iradəli, dəmir əqidəli, bitkin xarakterli, sınmaz iddialı və dərin düşüncəli şəxsiyyətdir. Yüksək amallarla yaşayır. Həqiqi vətənpərvərdir. Tovuzun tanınmış Qılıcovlar nəslinin yetirməsi Rəna Bahadur qızı Qılıcova ilə ailə həyatı qurub. Fərqanə, Aqil, Şahanə adlı saf, pak və vicdanlı övladları var.

Əlbəttə, insan hislərini təsvir edən əmək münasibətləri həm də istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq və məharət kimi başa düşülür. Bu mənada cəmiyyətin ictimai resursları peşə-sənət amili kimi diqtə edilir. Bu zəruri halı Münasib Qurbanovun da fəaliyyətində ictimai zərurət kimi ehtiva etmək olar. Onun təcrübəsindən faydalananlar yetişir, zəhmətə alışır, əl qabarından həyat nemətləri dadır. Bu, əlbəttə, Münasib Qurbanovun tikinti işindəki əzmkarlığının, peşəsinə olan məhəbbətinin bariz ifadəsidir. O, çətinliklər üzərindən adlayaraq uğura qapı açıb, bu sütun üzərində özül qurub, pillə-pillə ucalıb, zəhmətə qatlaşıb, hər dəfə ucalanda bunu çiyinlərində məsuliyyət yükü kimi hiss edib, nəticə etibarilə uğura əl toxundura bilib. Hər dəfə haqqında xoş söz eşidəndə və ya təltif ediləndə, əmək münasibətləri onun üçün birinci dərəcəli status kimi ifadə olunub.

Münasib Qurbanov cəmiyyət işindəki fərqli cəhətləri ilə seçilən, bacarığına, ictimai fəallığına şahid olduğumuz, gələcək müvəffəqiyyətlərinə də güvəndiyimiz istedadlı inşaatçı, dəyərli şəxsiyyət və nüfuzlu alimdir. O, bəllidir ki, yeniyetmə yaşlarından ictimai işlərdə fərqlənib, cəmiyyəti düşündürən məsələləri özünün vətəndaşlıq missiyası hesab edib. Onun tez-tez ictimai tədbirlərdə iştirakı, fərqli münasibət bildirməsi gələcəkdə daha yetkin bir insan olacağına işarə imiş. Ağıllı olması, çalışqanlığı, öz zəkası ilə çoxlarını heyrətləndirməsi onun bugünkü işinə bir töhfədir. O, öz ətrafına, bütün insanlara qarşı həmişə həssas və doğma olub, səmimiyyəti ilə hörmət və nüfuz qazanıb. O, özünü təkcə sosial aləmdə deyil, həm də tikinti-quruculuq işində bitkin nəzərlərlə təsdiqləyib, bu əhatədə qərar tutanlara dövlətçilik sevgisi aşılayıb.

Dəyərli şəxsiyyət, nüfuzlu vətəndaş, dövlətsevər insan Münasib Qurbanovu 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, yüksək nailiyyətlər və tükənməz enerji arzulayırıq.

Azər RƏSUL
Prof./ng.Dr.Sc Elm və Texnika uzrə laureat,

Cexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri,

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Avropa təmsilçisi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ